Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycan Rusiyanın axtarışa verdiyi şəxsi ekstradisiya edib

Azərbaycanda saxlanılan Rusiya vətəndaşı öz ölkəsinə ekstradisiyası edilib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Qeyd olunub ki, Rusiya Cinayət Məcəlləsinin 196-cı maddəsi (Qəsdən müflisləşmə) ilə təqsirləndirilərək, həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilmiş 1966-cı il təvəllüdlü Rusiya vətəndaşı Qolubev Vladislav Vladimiroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Baş Prokurorluğunun vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib. Xatırladaq ki, …

Read More »

Ermənilər Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub

Ermənistan Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən mövqelərini atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, fevralın 16-sı saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüb.

Read More »

İlham Əliyev Münxendə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

Münxendə fevralın 16-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun görüşü olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub. Xatırladaq ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.

Read More »

Prezident İlham Əliyev hökumətin yeni tərkibini təsdiqləyib – SİYAHI

Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin ediliblər: – Baş nazirin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov; – Baş nazirin müavini – Əli Cavad oğlu Əhmədov; – Baş nazirin müavini – Şahin Abdulla oğlu Mustafayev; – daxili işlər naziri – Vilayət Süleyman oğlu …

Read More »

İstanbul turizmdə rekord vurdu – FOTO

Dünyanın ən çox ziyarət edilən şəhərlərindən biri olan İstanbul 2023-cü ildə 17 milyon 370 min 30 xarici ziyarətçi qəbul edərək bütün illərin rekordunu vurub. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, İstanbula gələn əcnəbilərin sayı əvvəlki ilə nisbətən 8.44% artıb. 2023-cü ildə İstanbula ən çox xarici ziyarətçi sayına əsasən Rusiya Federasiyası 1 milyon 990 min 226 …

Read More »

Türkiyədə batan karqo gəmisi tapılıb

Türkiyənin Marmara dənizində batan karqo gəmisi tapılıb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib. Qeyd olunub ki, gəmi dənizin 51 metr dərinliyində aşkarlanıb. Axtarış-xilasetmə tədbirləri davam edir. Gəmidəki insanlar barədə hələ ki məlumat yoxdur. Qeyd edək ki, gəmi fevralın 15-də əlverişsiz hava şəraiti səbəbindən batıb. Batan gəmidə altı nəfərin olduğu bildirilir.

Read More »

Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə birgə əməkdaşlığı müzakirə edib

Fevralın 15-də daxili işlər naziri səlahiyyətlərini icra edən general – polkovnik Vilayət Eyvazov Azərbaycana iki günlük rəsmi səfərə gələn Qazaxıstanın daxili işlər naziri, polis general-leytenantı Erjan Sadenovla birgə əməkdaşlığı müzakirə edib. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Nazir Erjan Sadenov və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla …

Read More »

Milli Məclis seçkilərdə qələbə münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib

Milli Məclis prezident seçkilərində qələbə münasibətilə dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. “Mən hamınızın adından yenidən Prezident seçilməsi ilə bağlı möhtərəm İlham Əliyevə təbrik məktubu göndərmişəm, səmimi təbriklərimi çatdırıb və xoş arzularımı ifadə etmişəm”, – sədr qeyd edib. Deputatlar təbrik məktubunun …

Read More »

Azərbaycan neftinin qiyməti 87 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,56 ABŞ dolları, yaxud 0,65 % artaraq 87,51 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 82,75 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …

Read More »