Bazar ertəsi , 6 Aprel 2026

autor

Azərbaycanın dövlət borcu açıqlanıb

2025-ci il dekabrın 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 272,7 milyon manat olub ki, bu da ümumi daxili məhsulun (ÜDM) 19,5 %-ni təşkil edib. Boyukmillet.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Borcun 17 milyard 77,5 milyon manatı daxili, 4 milyard 820,7 milyon ABŞ dolları və yaxud 8 milyard 195,2 milyon manatı isə xarici borc olub. Ötən ilin əvvəli ilə müqayisədə …

Read More »

Martda 13 qeyri-iş günü olacaq

2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahət günləri ilə əlaqədar 13 qeyri-iş günü nəzərdə tutulur. Boyukmillet.com Trend-ə istinadla xəbər verir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq. Bundan əlavə, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar mart ayında uzunmüddətli istirahət günləri olacaq. Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və …

Read More »

Suriyadan Türkiyəyə gələn yük maşınında onlarla avtomat aşkarlanıb

Türkiyənin Şanlıurfa vilayətinin Akçakale rayonunda Suriyadan ölkəyə daxil olan yük maşınının yanacaq çənində onlarla avtomat silah və daraq müsadirə edilib. Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, Akçakale Gömrük Mühafizə Xidmətinin Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsinin əməkdaşları Suriyadan Türkiyəyə daxil olan yük maşınında axtarış aparıb. Axtarış zamanı yük maşınının yanacaq çənində 51 avtomat silah və 41 daraq aşkarlanıb. Faktla …

Read More »

Finlandiya və Norveç ABŞ-nin Qrenlandiya ilə bağlı açıqlaması fonunda Danimarkanı dəstəkləyib

Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ABŞ-nin Qrenlandiyanın müdafiəsinə nəzarət ehtiyacı ilə bağlı açıqlamaları fonunda Danimarkaya dəstəklərini ifadə ediblər. Boyukmillet.com-un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp daha əvvəl “The Atlantic”ə müsahibəsində Birləşmiş Ştatların “müdafiə üçün Qrenlandiyaya nəzarətə ehtiyacı olduğunu” bildirərək, Danimarkanın muxtar ərazisi olan adanın Rusiya və Çin gəmiləri ilə əhatə olunduğunu iddia edib. Danimarkanın …

Read More »

Polisə quldurluqla bağlı yalan məlumat verən taksi sürücüsü saxlanılıb

Polisə quldurluqla bağlı yalan məlumat verən taksi sürücüsü saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Belə ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan 42 yaşlı Hikmət Həsənov yanvarın 3-də Xətai rayonu ərazisində olan zaman avtomobilinə müştəri kimi əyləşən şəxs tərəfindən hücuma məruz qaldığı barədə polisə müraciət edib. O bildirib ki, naməlum şəxs onu kəsici-deşici alətlə hədələyərək 80 manat …

Read More »

Azərbaycanda avtomobillər BAHALAŞACAQ

“Yanacaq qiymətlərinin bahalaşması sözsüz ki, avtomobil bazarına müəyyən təsir edəcək. Sırf alıcılıq kontekstindən yanaşsaq, hazırda Tarif Şurasının artırdığı yanacaq qiymətləri alıcılıq qabiliyyətinin bir o qədər aşağı düşməsinə səbəb olacaq qədər deyil”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında sosial-iqtisadi məsələlər üzrə ekspert İlqar Hüseynli deyib. O bildirib ki, yanacaq qiymətlərinin artması yükdaşıma xərclərinin bahalaşmasına gətirib çıxaracaq: “Benzinin 5, dizel yanacağının isə 10 …

Read More »

TƏCİLİ: Moskvaya HÜCUM: Hava limanları BAĞLANDI – VİDEO

Moskvaya qarşı kütləvi dron hücumu paytaxt hava limanlarının işində ciddi problemlərə səbəb olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mash” telegram kanalı məlumat yayıb. Məlumata görə, gün ərzində şəhərə yaxınlaşarkən 24 dron məhv edilib. Nəticədə, Domodedovo, Vnukovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib və təxminən 200 uçuş təxirə salınıb. Uçuş zallarında xətlər yaranıb və bir neçə uçuş ləğv edilib. …

Read More »

İranda polis idarəsinə basqın edilib, ölən və yaralananlar var

İranda davam edən etirazlar fonunda ölənlərin sayı artıb. Boyukmillet.com “Fars” agentliyinə istinadən xəbər verir ki, Elam vilayətinin Məlikşah şəhərində iğtişaşçılar polis idarələrindən birinə daxil olmağa cəhd göstəriblər. Nəticədə silahlı qarşıdurma baş verib və üç nəfər həlak olub. “Mehr” Xəbər Agentliyi isə ölənlərdən birinin hüquq‑mühafizə orqanlarının əməkdaşı, digər iki nəfərin isə etirazçı olduğu məlumatını yayıb. Toqquşmalarda bir neçə nəfərin yaralandığı bildirilir. Xatırladaq …

Read More »

Avropa FMLA gizli təyyarəsinin hazırlanmasına başlayır

Avropa İttifaqında (Aİ) “Super Tucano”nun universallığını, eyni zamanda, təyyarəni azgörünən və iqtisadi cəhətdən səmərəli etmə cəhdini birləşdirməyə hesablanmış çoxfunksiyalı yüngül turbovintli FMLA təyyarəsinin hazırlanmasına start verilir. Boyukmillet.com-un “Defense Express”ə istinadən məlumatına görə, FMLA (“Future Multirole Light Aircraft” – “Gələcək Çoxfunksiyalı Yüngül Təyyarə”) layihəsi Avropa Müdafiə Fondunun 2026-cı il proqramı çərçivəsində 15 milyon avro maliyyə dəstəyi alıb. Avropa Müdafiə Fondunun sənədlərinə …

Read More »

Britaniya və Fransa İŞİD-in yeraltı silah anbarlarına hava zərbələri endirib

Böyük Britaniya və Fransa Suriyada İŞİD-in yeraltı silah anbarlarına hava zərbələri endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Kəşfiyyat Palmiranın şimalında yeraltı obyekt aşkar edib. Əməliyyatda Paveway IV idarə olunan bombalardan istifadə edən RAF Typhoon FGR4 döyüş təyyarələri iştirak edib. İlkin əlamətlər hədəfin uğurlu vurulmasına işarə edir. Nazirliyin mətbuat xidməti əlavə edib …

Read More »