Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 17:00-a olan seçici fəallığı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, saat 17:00-a qədər respublika üzrə 4 milyon 590 min 75 nəfər səs verib. Seçici fəallığı 70,85 faiz olub. Hesabat vermiş …
Read More »Ombudsman Səbinə Əliyeva səs verib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib. Boyukmillet.com xəbər verir ki, səsvermədən sonra ombudsman jurnalistlərə açıqlamasında bildirib ki, bütün ölkə üzrə, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda yaradılmış yeni seçki məntəqələrində müşahidələr həyata keçirilir. Onun sözlərinə görə, azad olunan ərazilərdə təşkil edilən 26 yeni seçki məntəqəsində …
Read More »Azərbaycanın 9 ağırlıqqaldıranı Avropa çempionatında iştirak edəcək
Azərbaycan ağırlıqqaldırma millisi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına 9 idmançı ilə yollanacaq. Boyukmillet.com Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, onlardan 8-i kişi, 1-i isə qadın ağırlıqqaldıran olacaq. İsa Rüstəmov, Tehran Məmmədov (hər ikisi 67 kq), Ömər Cavadov (73 kq), Ravin Alməmmədov, Füqan Əliyev (hər ikisi 81 kq), Nurlan Məmmədzadə (89 kq), Əli Şükürlü (102 kq) və …
Read More »“HaberGlobal” Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı reportaj hazırlayıb
Türkiyənin “Haberglobal” telekanalı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı reportaj hazırlayıb. Boyukmillet.com xəbər verir ki, reportajda bu gün baş tutan seçki prosesi izlənilib, səsvermə prosesi işıqlandırılıb. Həmçinin Azərbaycanın İstanbuldakı Baş konsulluğunda səsvermə porsesi ilə bağlı məlumat verilib. Bildirilib ki, Azərbaycanda olduğu kimi səsvermə saat 19:00-da bitəcək, səslər sayılacaq və Azərbaycana təqdim ediləcək. Telekanal seçkilərdə 6 namizədlə mübarizə aparan hazırkı Prezident …
Read More »Azərbaycan Qazaxıstanda keçiriləcək turizm sərgisində iştirak edəcək
Azərbaycan aprelin 24-26-da Qazaxıstanın Almatı şəhərində keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, ölkəmizi tədbirdə Dövlət Turizm Agentliyi təmsil edəcək. Artıq sərgidə iştirakla bağlı hazırlıq işlərinə başlanılıb.
Read More »GUAM nümayəndəsi: “Azərbaycanda prezident seçkiləri demokratik normalar çərçivəsində keçirilir”
Azərbaycanda növbədənkənar prezident seçkiləri demokratiya və şəffaflıq normaları çərçivəsində keçirilir. Boyukmillet.com xəbər verir ki, bunu GUAM nümayəndə heyətinin tərkibində seçkiləri müşahidə etmək üçün Azərbaycana gələn Ukrayna Ali Radasının deputatı Mixail Papiyev deyib. “Biz artıq Sumqayıtdakı seçki məntəqələrində olmuşuq, indi Bakıdayıq. Müşahidələrimiz zamanı vətəndaşlarla əlaqə saxlamışıq, seçkilərlə bağlı hər hansı irad yoxdur. Hər şey demokratik normalar çərçivəsində həyata keçirilir”, – o vurğulayıb. …
Read More »Rusiya KİV-ləri prezident seçkilərinin gedişatını işıqlandırıblar
44 günlük müharibə və antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş Qarabağ əraziləri daxil olmaqla, Azərbaycanda ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkiləri keçirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın “Arqumentı i faktı” (AiF), “Nezavisimaya qazeta” və “Moskovski komsomolets” nəşrlərində xəbərlər dərc olunub. “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası nəticəsində bütün respublika üzrə ilk dəfə seçkilər keçirilir”, – qeyd …
Read More »Sabah 20 dərəcə isti olacaq
Fevralın 8-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib kii, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60% …
Read More »Azərbaycanda prezident seçkiləri ilə əlaqədar səsvermədə “exit-poll” keçirilir
Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar “exit-poll” həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, “exit-poll” üçün üç təşkilat – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi və “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC akkreditasiyaya alınıb. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit-poll”u ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə həyata keçirir. Qeyd edək ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı …
Read More »Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb
Torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimlərdə Müdafiə Nazirliyinin, Biləsuvar rayon İcra Hakimiyyətinin, Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin və ictimaiyyətin nümayəndələri, müəllim-şagird heyəti, eləcə də digər qonaqlar iştirak ediblər. Hərbi qulluqçular igidimizin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, xatirəsinə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar