Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu fevralın 9-da fevral ayı üzrə pensiyaların ödənişinə başlayacaq. Bu barədə nazirlikdən məlumat verilib. Həmin gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə veriləcək. Artım bu ilin əvvəlindən tətbiq olunur və yanvar ayının artımı da həmin məbləğin üzərinə …
Read More »Heyvan otararkən minaya düşən Həsənəli BDU-nu yüksək balla bitirib
İki gün əvvəl Tərtər rayonunun Qaradağlı kənd sakini, 23 yaşlı Həsənəli Şahin oğlu Əlizadənin minaya düşməsi barədə məlumat vermişdik. “Qafqazinfo” “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, o, Bakı Dövlət Universitetinin məzunu olub. H. Əlizadə 2022-ci ildə universitetin Politologiya ixtisasını bitirib. BDU-nu ortalama 90 baldan yuxarı fərqlənmə diplomu ilə bitirən gənc Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul olunsa da, təhsilini davam etdirməyib. …
Read More »FHN Türkiyədə baş verən zəlzələnin ildönümü ilə bağlı başsağlığı verib
Qardaş Türkiyədə böyük insan tələfatı və dağıntılarla nəticələnmiş dəhşətli zəlzələnin birinci ildönümündə faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, zəlzələ baş verdikdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-in qüvvələri bacı-qardaşlarının yardımına yetişib: “Dağıntılar altından insanların xilas olunması, səhra hospitalları və çadır şəhərciklərinin qurularaq zərərçəkmişlərə zəruri xidmətin …
Read More »Türkiyə səfiri zəlzələdən sonra köməyə görə Azərbaycan xalqına və prezidentinə təşəkkür edib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş dəhşətli zəlzələni təsirlərinin aradan qaldırılması istiqamətindəki dəstəyinə görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X”də yazıb: “2023-cü il fevralın 6-da Türkiyədə baş verən əsrin fəlakətində həyatını itirən vətəndaşlarımıza allah rəhmət eləsin. Onların yaxınlarına səbir diləyirəm. “Kədəriniz kədərimizdir” deyən …
Read More »“Nikosayağı” kimi tanınan bloger məhkəmədə özünü təqsirli bilib
“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Nicat Şakirli içkili vəziyyətdə idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin …
Read More »Xankəndidə pulemyot, tapança, avtomat və qumbaralar aşkarlanıb
Polis əməkdaşları Xankəndidə pulemyot, tapança, avtomat və qumbaralar aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 20 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 27 ədəd alışdırıcı, 122 ədəd patron darağı, 5775 ədəd müxtəlif çaplı patron və digər …
Read More »Ötən gün Azərbaycanda 33 kiloqrama yaxın narkotik aşkarlanıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 5-də ümumi çəkisi 33 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 15 kiloqramdan artıq heroin, 16 kiloqrama yaxın marixuana, 2 kiloqramdan çox metamfetamin, həmçinin 1010 ədəd metadon həbi olub. Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.
Read More »ABŞ yenidən Yəməndə husilərin mövqelərinə zərbələr endirib
ABŞ yenidən Yəməndə husilərin mövqelərinə zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandalığı (CENTCOM) məlumat yayıb. Qeyd olunub ki, ABŞ ordusu Yəməndə husilərin “Ənsar Allah” hərəkatının nəzarətində olan ərazilərində suüstü pilotsuz uçuş aparatları aşkar edib və onların bölgədəki ticarət gəmilərinə təhlükə yaratdığı müəyyənləşib: “CENTCOM qüvvələri husilərə aid partlayıcılar daşıyan suüstü dronlara zərbələr endirib. Bu əməliyyat dəniz nəqliyyatının …
Read More »FHN qazanxanada baş vermiş partlayışla bağlı məlumat yayıb
Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən qazanxanada partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı qazanxanada partlayış hadisəsinin baş verdiyi, partlayış dalğasının təsirindən qazanxana binasının yararsız vəziyyətə düşdüyü müəyyən olunub. Həmçinin, yaxınlıqdakı binanın şüşələri …
Read More »Azərbaycanda seçkilərlə əlaqədar “sükut günü”dür
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb. “Report”un xəbərinə görə, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar