Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Xüsusi Təyinatlı Qüvvələrin hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

Xüsusi Təyinatlı Qüvvələrin hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli …

Read More »

Həftəsonu vətəndaşlardan 16 silah-sursat götürülüb

Fevralın 3-də və 4-də Bakıda və ayrı-ayrı rayonlarda vətəndaşlardan 16 silah götürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, paytaxt və ayrı-ayrı rayonlarda 1 ədəd avtomat silahı, 1 tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patron aşkarlanıb. Bundan başqa, həftəsonu qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 2 …

Read More »

Xocalıda musiqi məktəbində xeyli sayda avtomat, pulemyot və qumbaraatan aşkarlanıb

Xocalıda musiqi məktəbində silah-sursat aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Belə ki, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xanabad kəndi ərazisində yerləşən musiqi məktəbindən 11 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd “PK” markalı pulemyot, 3 ədəd “RPQ-7” qumbaraatanı, 10 ədəd qumbaraatan mərmisi, 14 ədəd alışdırcısı, 1 ədəd “MUXA” markalı qumbaraatan, 10 “PK” markalı pulemyot …

Read More »

KİV: NATO Rusiya və Çini dünya müharibəsinə sürükləmək istəyir

Şimali Atlantika Alyansı Təşkilatının (NATO) baş katibi Yens Stoltenberqin Rusiya və Çinlə bağlı bəyanatı alyansın dünya müharibəsi başlamaq istəyindən xəbər verir. Boyukmillet.com xəbər verir ki, bu barədə Çinin “Global Times” qəzeti yazıb. NATO-nun baş katibi Çini uzunmüddətli perspektivdə ən ciddi təhlükə, Rusiyanı isə onların arasında ən ciddi təhlükə adlandırıb. “Bu, ictimai rəyin Ukraynadakı münaqişənin dünya müharibəsinə çevrilməsinə açıq hazırlığıdır”, – …

Read More »

Sabahdan prezident seçkiləri ilə əlaqədar təşviqat başa çatacaq

Sabahdan növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatacaq. Boyukmillet.com-un xəbərinə görə, fevralın 6-da saat 8:00-da təşviqatın aparılması dayandırılacaq. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq. Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: 1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; 2. …

Read More »

ABŞ İraq və Suriyaya zərbələri zamanı 85 hədəfdən 84-nü məhv edib

ABŞ İraq və Suriyaya endirdiyi zərbələr zamanı 85 hədəfdən 84-nü vurub. Boyukmillet.com-un məlumatına görə, bu barədə bazar günü CNN Pentaqonun ilkin təhlilinə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, 84 hədəf “məhv edilib və ya funksional zədələnib”. Xatırladaq ki, bundan əvvəl ABŞ silahlı qüvvələri İraqda və Suriyada Sepah və onunla əlaqəli silahlıların Amerika qoşunlarına hücum etmək üçün istifadə etdiyi obyektlərə zərbələr …

Read More »

Türkiyənin XİN rəhbəri ABŞ-nin fevralın 10-dək F-16 ilə bağlı qərar verəcəyini gözləyir

Türkiyənin xarici işlər naziri Hakan Fidan fevralın 10-dək ABŞ Konqresindən Ankaraya F-16 qırıcılarının satışı ilə bağlı qərar gözləyir. Boyukmillet.com-un məlumatına görə, o, bu barədə “A-haber” telekanalının efirində bildirib. “Biz parlamentdə İsveçlə bağlı qanununu (İsveçin NATO-ya daxil olması haqqında protokol) təsdiq edən kimi ABŞ Prezidenti Cozef Bayden Konqresə məktub göndərdi. Prezidentimiz bu qanunu imzaladıqdan dərhal sonra sənəd həmin tərəfə təhvil verildi …

Read More »

ABŞ Yəmənə zərbə endirib

ABŞ ordusu Yəmən ərazisinə növbəti zərbə endirib, hücumun hədəfi husilərin Ənsar Allah hərəkatının qanadlı raketi olub. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. “Fevralın 4-ü Səna vaxtı ilə saat 04:00-da CENTCOM qüvvələri özünümüdafiə məqsədilə Qırmızı dənizdəki gəmilərə atılmağa hazır olan husilərə məxsus qanadlı raketə zərbə endirib. ABŞ ordusu Yəməndə husilərin nəzarətində olan ərazidə qanadlı raket aşkarlayıb …

Read More »

Sabahın havası: Külək güclənəcək, bəzi dağlıq ərazilərdə qar yağacaq

Fevralın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-15° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq …

Read More »

Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar dairə seçki komissiyaları tərəfindən seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi işləri yekunlaşdırılıb. Boyukmillet.com xəbər verir ki, seçki bülletenləri Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı üç gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təqdim olunmalıdır. Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarına paylanması …

Read More »