Sual: 28 yanvar tarixində Ermənistanın baş naziri Nikol Paşinyan ordu günü ilə əlaqədar çıxışı zamanı, ölkəmizə qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etdiklərini bildirib. Bu fikirlərə dair şərhiniz nədir? Cavab: Ermənistan baş nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır. Azərbaycan tərəfinin sözügedən saziş layihəsi …
Read More »Qayınatasını 57 zərbə, şikəst qaynını isə işgəncələrlə öldürməkdə təqsirləndirilən şəxs ifadə verib
Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Nofəl Səfərov ifadə verib. O bildirib ki, düşmənçilik keçmiş həyat yoldaşı tərəfindən olub: “Davamız ailə münaqişəsi zəminində baş verirdi. İstintaqa verdiyim …
Read More »Naxçıvan mədəniyyət müəssisələrində rəhbər və ümumi vəzifələrə işə qəbul müsabiqəsi elan edilib
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üçün müsabiqə elan edir. Nazirlikdən “Report”un yerli bürosuna verilən məlumata görə, müsabiqəyə sənəd qəbulu 29 yanvar 2024-cü il tarixdən 19 fevral 2024-cü il tarixinədək həyata keçiriləcək. Müsabiqədə ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud ali …
Read More »Zakir Həsənov və Hulusi Akar regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqları salamlayan general-polkovnik Z.Həsənov sabiq həmkarını yenidən ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Nazir Azərbaycan və Türkiyə prezidentlərinin dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında bütün sahələrdə …
Read More »Qərbi Azərbaycan İcması Ermənistan xarici işlər nazirinin müavininə cavab verib
Qərbi Azərbaycan İcması Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın İrəvanın Qarabağa UNESCO missiyasının göndərilməsi istiqamətində səyləri barədə səsləndirdiyi fikirlərlə cavab verib. Boyukmillet.com-un xəbərinə görə, icmanın bəyanatında bildirilib ki, bütün bunlar Ermənistanın hələ də Azərbaycanın suverenliyini təhdid etdiyini, ardıcıl mövqeyinin olmadığını göstərir. “Ermənistan digər suveren ölkənin daxili işlərinə qarışmamalı, özünə aid olan məsələ ilə məşğul olmalı və bu xüsusda, Ermənistanda …
Read More »Milli Məclisin yaz sessiyası üzrə ilk plenar iclasının gündəliyi açıqlanıb
Milli Məclisin yaz sessiyası üzrə ilk plenar iclasının gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, fevralın 1-də keçirilməsi nəzərdə tutulan iclasın gündəliyinə 10 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Milli Məclisin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi 2. Milli Məclisin İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi 3. Milli Məclis Hesablayıcı komissiyasının …
Read More »Abşeronda 4 narkokuryer saxlanılıb, 15 kiloqram narkotik aşkarlanıb
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, Novxanı, Məhəmmədli və Hökməli qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Babayev, Nərgiz Həsənova, Nadir Məmmədov və Səbir Məmmədov saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Onlardan, idarə etdikləri avtomobillərdən və yaşadıqları evlərdən ümumilikdə 15 kiloqram, o cümlədən 9 kiloqram marixuana, 4 …
Read More »Dövlət Gömrük Komitəsinin 4 əməkdaşına general-mayor rütbəsi verilib – SİYAHI
Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib. Şirinov Natiq Telman oğlu – Dövlət Gömrük Komitəsi sədrinin müavini Əliyev Vüqar İsmayıl oğlu – Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Cahangirov Anar Niyaz oğlu – Hava …
Read More »Vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən yeniyetmə xəstəxanaya yerləşdirilib
Vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən yeniyetmə xəstəxanaya yerləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. O bildirib ki, yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb: “Valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub”. Qeyd edək ki, sosial şəbəkədə yeniyetmənin Naxçıvan Muxtar Respublikasının …
Read More »Ermənistan KTMT-nin yekun sənədlərini hələ imzalamayıb
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yekun sənədlərini hələ imzalamayıb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr hələ davam edir. Bildirilib ki, 2023-cü ilin noyabrında KTMT-nin Belarusun paytaxtı Minskdə keçirilən sammitə Ermənistan nümayəndəsi qatılmadığı üçün imzalamayıb. Ötən ilin dekabrında sammitdə qəbul edilən normativ aktları …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar