Türkiyənin Kayseri şəhərində inşa edilən Şuşa Mədəniyyət Evinin tikintisi başa çatıb. Boyukmillet.com xəbər verir ki, 20 min kvadratmetr sahəyə malik Azərbaycan Qardaşlıq Parkında inşa edilən mədəniyyət evinin tezliklə istifadəyə verilməsi gözlənilir. Türkiyə mətbuatı qeyd edib ki, Şuşa Mədəniyyət Evi iki ölkə və Kayseri ilə Şuşa şəhərləri arasında dostluq, qardaşlıq simvolu olacaq. Məlumata görə, Mədəniyyət Evinin qarşısında Şuşadakı İsa bulağına bənzər …
Read More »Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı dayandırıb
Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Boyukmillet.com bəyanatı təqdim edir. “Azərbaycan Respublikası qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir. Demokratiya bizim şüurlu seçimimizdir və biz 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində böyük irəliləyişlərə nail olmuşuq. Avropa Şurası Parlament Assambleyasının …
Read More »Məhərrəm Əhmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Camal oğlu Əhmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Read More »MEDİA-nın Müşahidə Şurasının tərkibi təsdiqlənib – SƏRƏNCAM
Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının tərkibi təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Müşahidə Şurasının sədri İsmayılov Dağbəyi Mirzəxan oğlu Müşahidə Şurasının üzvləri: Əliyev Vüqar Zifər oğlu Mehrəliyeva Şəfəq Akif qızı Mikayılova Sevil Əlirazı qızı Şıxlinskiy Elçin İsmayıl oğlu.
Read More »Azərbaycan və İraq ikitərəfli əlaqələrin gücləndirilməsini müzakirə ediblər
Azərbaycan və İraq iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsi məsələlərini müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. “İraqın ticarət naziri Atir Əl-Qurayr (Atheer Al-Ghurairi) ilə görüşməkdən şadam. Görüş zamanı Azərbaycan və İraq arasında iqtisadi və ticarət əməkdaşlığı, daha da gücləndirilməsi yolları barədə məhsuldar müzakirələr apardıq”, – paylaşımda qeyd edilib.
Read More »Gürcüstanın elm və təhsil naziri Azərbaycana səfərə gəlib
Gürcüstanın elm və təhsil naziri Qiorqi Amilaxvarinin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 24-də Azərbaycana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, o, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslərlə görüşəcək, Azərbaycanın elm və akademik dairələrində olacaq. Görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması və s. …
Read More »Azərbaycanda prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb
Azərbaycanda prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb. Boyukmillet.com-un xəbərinə görə, bülletenlər Milli Məclisin mətbəəsində çap edilir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və MSK üzvləri bu gün mətbəədə yaradılan şərait və proseslə tanış olublar. MSK sədri seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsi üçün tövsiyələr verib. Qeyd edək ki, …
Read More »Qəzzada Qızıl Aypara Cəmiyyətinin qərargahı atəşə tutulub, 3 nəfər ölüb
İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsini atəşə tutması nəticəsində azı 3 nəfər ölüb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. “Təşkilatın Xan Yunisdəki qərargahının atəşə tutulması nəticəsində 3 məcburi köçkün ölüb, 2 nəfər isə yaralanıb”, – məlumatda qeyd edilib.
Read More »Bütün sosial ödənişlər yanvarın 26-da yekunlaşacaq
Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 16-da isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Read More »Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postları yaradılacaq
Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postlarının yaradılması ilə bağlı layihə hazırlanıb. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPRO MO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri və xidmət ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar