Türkiyə xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında iştirak etmək üçün yanvarın 23-də Nyu-Yorka gedəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi “X” səhifəsində paylaşım edib. Onun səfər çərçivəsində ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.
Read More »Azərbaycan Texniki Universitetinin fəxri professoru vəfat edib
Azərbaycan Texniki Universitetinin fəxri professoru, pedaqoji elmlər doktoru Müdafiə Cəmil oğlu Mahmudov vəfat edib. Boyukmillet.com-un məlumatına görə, o, ürək tutmasından dünyasını dəyişib. Qeyd edək ki, M.Mahmudov 1945-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisyan rayonunun Şıxlar kəndində anadan olub. Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat-Mexanika İnstitutunun tətbiqi riyaziyyat şöbəsində kiçik elmi işçi (1968-1969) vəzifəsində işləyib. 1980-1989-cu illərdə həmin şöbədə baş elmi işçi, 1989-2006-cı …
Read More »Balakəndə repressiya qurbanlarına aid olduğu güman edilən qəbirlər aşkarlanıb
Balakəndə çay sahilində onlarla qəbir aşkarlanıb. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, qəbirlər rayonun Katex kəndində, Katex çayının sağ sahilində kənd sakinləri tərəfindən aşkar olunub. Sakinlərin sözlərinə görə, çayda suyun artması nəticəsində məcranın dəyişməsi bu qəbirləri aşkara çıxarıb. Ərazidə təxminən 50-60 qəbrin olduğu bildirilir. Güman edilir ki, qəbirlərdəki insanlar ötən əsrin iyirminci illərindən sonra İosif Stalinin dövründə repressiyaya məruz qalaraq məhbus …
Read More »Samuxda İrandan gətirilmiş narkotikin çatdırılmasını təmin edən şəxs saxlanılıb
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Samux rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb. Boyukmillet.com xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, Quba rayon sakini Azad Rəsulov Samux rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin …
Read More »Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
Yanvarın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün ikinci yarısından fasilələrlə yağıntılı olacağı, gecəyə doğru isə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi 766 …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com nazirliyə istinadən icmalı təqdim edir.
Read More »Ağsuda yaşadığı evdə avtomat gizlədən və narkotik satanlar saxlanılıblar
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, 1964-cü il təvəllüdlü Elman Əsədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən atəşə yararlı “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus …
Read More »Hindistan Myanma ilə sərhəddə hasarlar çəkəcək, viza tətbiq edəcək
Hindistan Myanma ilə sərhəddə hasarlar çəkmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Amit Şahın deyib. Onun sözlərinə görə, tədbirlərin məqsədi Myanmadan Hindistan ərazisinə sərbəst gediş-gəlişi məhdudlaşdırmaqdır. Yeni Dehli həmçinin sərhəd sakinləri üçün iki ölkə arasında sərbəst hərəkəti dayandırmağı planlaşdırır. Bu rejim 1970-ci illərdə qurulub, çünki Hindistan-Myanma sərhədində yaşayan insanların çox qohum olduğu üçün tez-tez sərhədi keçirdilər. Nazir …
Read More »Azərbaycan atleti Çexiyada lisenziya xarakterli yarışda gümüş medal qazanıb
Azərbaycan atleti Nazim Babayev Çexiyanın Yablonets nad Nisou şəhərində keçirilən Dünya Atletikasının bürünc səviyyəli turnirində gümüş medal qazanıb. Boyukmillet.com-un məlumatına görə, idmançı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda uzunluğa tullanma növündə 7.51 metr nəticə göstərib. O, yalnız yerli atlet Radek Yuşkadan geri qalıb.
Read More »Nazirlik: Cinayət törətmiş 14 nəfər ötən il ölkəmizə ekstradisiya olunub
Ölkəmizdə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, şəxsi mülkiyyətin qorunması üzrə önəmli tədbirlər görülür. Təkcə 2023-cü il ərzində 14 nəfər şəxs Böyük Britaniyadan, Almaniyadan, Polşadan, Belarusdan, Moldovadan, habelə tranzit üçün Avropa ölkələrindən razılıq əldə edilərək Ukraynadan ölkəmizə ekstradisiya olunub. Bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək Ədliyyə Nazirliyi tərəfindən …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar