Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Ermənistan parlamentində Paşinyanla Koçaryan arasında dava düşüb

Ermənistan parlamentinin iclasında baş nazir Nikol Paşinyanla ölkənin keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan arasında dava düşüb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, L.Koçaryan baş nazirin təhlükəsizlik siyasətinin iflasa uğradığını iddia edib. Keçmiş prezidentin oğlu N.Paşinyana “sən” deyərək müraciət edib. Bu, hakim partiyanın deputatlarının emosional reaksiyasına səbəb olub. N.Paşinyan L.Koçaryana daha diqqətli danışmağı tövsiyə edib.

Read More »

Səlim Müslümova şərti həbs cəzası verilib, əmlakları müsadirə olunacaq

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova hökm oxunub, ona 5 il şərti həbs cəzası verilib. Boyukmillet.com xəbər verir ki, qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə elan olunub. Eyni zamanda onun əmlaklarının müsadirə edilməsinə qərar verilib. Prokuror S.Müslümov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiqi olunmasını, 5 il sınaq …

Read More »

Bakının 2 qəsəbəsində hepatit virusu yayılıb, profilaktik tədbirlər görülür

Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında 2023-cü ilin dekabr ayından başlayaraq yoluxucu Hepatit “A” virusu xəstəliyi yayılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb. Bildirilib ki, xəstəliyin yayılması ilə bağlı tədbirlər davam etdirilir: “Aparılan profilaktik tədbirlər ilə əlaqədar “Azərsu” ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə …

Read More »

Ceyhun Bayramov Uqandaya səfərə yola düşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandaya işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfəri çərçivəsinə nazir Ceyhun Bayramovun Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının 19-cu Zirvə Toplantısında iştirakı və yüksək səviyyəli yerli və xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Read More »

Ötən il Bakı Şəhər Prokurorluğunda 4 nəfərə töhmət verilib, 1 nəfər işdən çıxarılıb

Ötən il Bakı Şəhər Prokurorluğunda 4 nəfərə töhmət verilib, 1 nəfər vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunun 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsində məlumat verilib. Bildirilib ki, xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli …

Read More »

Polis Kürdəmirdə əməliyyat keçirib, 57 kibrit qutusu marixuana aşkarlanıb

Polis Kürdəmirdə əməliyyat keçirib, 57 kibrit qutusu marixuana aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir rayonu ərazisində polis narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. Əməliyyat tədbirləri zamanı rayonun Sor-Sor kənd sakini Elzamin İsmayılov saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı satış məqsədilə 57 ədəd kibrit qutusunda qablaşdırılmış və çəkisi 400 qrama yaxın …

Read More »

Səhiyyə Nazirliyi: “Apteklərdən elektron reseptsiz dərman almaq mümkün olmayacaq”

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin şöbə müdiri Kəbutər Mövsümlü bundan sonra apteklərdən elektron reseptsiz dərman əldə etməyin mümkün olmayacağını bildirib. Boyukmillet.com-un məlumatına görə, nazirlik rəsmisi deyib ki, elektron reseptdə yalnız Tarif Şurasının təsdiqlədiyi və dövlət qeydiyyatına alınan dərman vasitələri qeyd olunacaq. Onun sözlərinə görə, elektron resept məsələsi dövlət tərəfindən pulsuz dərmanlarla təmin olunan müəyyən kateqoriyayadan olan vətəndaşlara şamil edilməyəcək: “Bəzi …

Read More »

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi email ünvanına keçid qaydası

Hörmətli media nümayəndələri,Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqədar suallarınızı və ya müraciətlərinizi yazılı formada aşağıdakı email ünvanına göndərə bilərsiniz:Email: [email protected], sizin sorğularınıza daha sürətli və düzgün cavab verməyimizə kömək edəcək. Sizdən gələn hər bir müraciəti diqqətlə nəzərdən keçirəcəyik.

Read More »

Mingəçevir məktəbində 19 min manatlıq mənimsəmə aşkarlanıb, cinayət işi başlanıb

Mingəçevirdə məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb. Bu barədə  Mingəçevir şəhər prokurorluğunun məlumat verilib. Qeyd olunub ki, Mingəçevir şəhər N.Gəncəvi adına 8 saylı tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı Mayisə Əliyevanın qeyd edilən təhsil müəssisəsində direktor vəzifəsini icra etdiyi 2022-2023-cü illər ərzində məktəbin müəllimlərinə tədris olunmayan dərs saatlarına …

Read More »