Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bərpa olunan enerji sahəsində Azərbaycana dəstək verəcək. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində EBRD-nin birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb. Görüşdə EBRD-Azərbaycan əməkdaşlığının bərpa olunan enerji sahəsində genişləndirilməsinin əhəmiyyəti, ölkəmizin beynəlxalq təşəbbüslərdə fəal təmsilçiliyini və BMT-nin İqlim Dəyişmələri …
Read More »Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüş zamanı Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər hərbi-texniki sahədə maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir …
Read More »Qaxda odlu silah-sursat aşkarlanıb
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Boyukmillet.com-a verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı rayon ərazisindən 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək götürülüb.Keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə Qax rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 3 ov tüfəngini …
Read More »Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülerə başsağlığı ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, başsağlığında deyilir: “Pençe-Kilit antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş …
Read More »Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il dekabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 176 811 nəfər təşkil edib. Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Read More »Azərbaycanda 65 minədək aztəminatlı ailə sosial yardım alır
2024-cü ilin əvvəlinə 65 minədək aztəminatlı ailənin 275 minədək ailə üzvü ünvanlı dövlət sosial yardımı alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, sosial yardımın bir nəfərə düşən orta aylıq məbləği təxminən 114 manat təşkil edib.
Read More »Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinatlar olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) yeni təyinatlar olub. ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib ki, Ramik Əşrəfov Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinə təyin edilib. R.Əşrəfov bu təyinatadək “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsində çalışıb. O, ixtisasca meşə təsərrüfatı mühəndisidir, Voronej Meşə Texnologiyası İnstitutunda meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsil alıb. 1988-ci ildən bu günədək meşə təsərrüfatı və ekologiya …
Read More »Türkiyə PKK-nın rəhbər şəxslərindən birini həbs edib
Türkiyə PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən olan Serhat Balı həbs edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, o, yanvarın 12-də Türkiyə Milli Kəşfiyyat İdarəsinin ölkə sərhədlərindən kənarda keçirdiyi əməliyyat nəticəsində ələ keçirilmişdi. Onun Avropaya qaçmaq istəyərkən saxlanıldığı bildirilib.
Read More »Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə nazirlikdən məlumat verilib. Nazir Azərbaycanla Türkiyə arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın daim inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb. Müdafiə naziri ölkələrimiz arasında …
Read More »Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” qanun yenidən işlənilir
“Hərbi qulluqçuların statusu haqqında” qanun yenidən işlənilir. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, dəyişiklik layihəsi rəy verilməsi üçün Müdafiə Nazirliyinə göndərilib. “Azərbaycanın suverenliyinin təmin edilməsi, ərazi bütövlüyümüzün tam təmin edilməsi, eləcə də hərbi qulluqçuların sosial müdafiə məsələləri ilə bağlı bir sıra nüanslar yenidən aktuallıq kəsb …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar