Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycan neftinin qiyməti 83 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,52 % artaraq 83,43 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 77,77 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …

Read More »

Şirvanda narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Aydın Cəfərov saxlanılıb. Onun …

Read More »

️Qubada vətəndaşların etibarından sui-istifadə edərək onlara 57 min manat ziyan vuran şəxs saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Zəkəriyyə İsmayılov saxlanılıb. Bu barədə  DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib. Həmin şəxs bir neçə şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara külli miqdarda ziyan vurub. Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və …

Read More »

Cəlilabadda seçkilərlə əlaqədar təbliğat və təşviqat kampaniyası üçün məkanların yeri məlum olub

Cəlilabad rayonunda seçkilərlə əlaqədar təbliğat və təşviqat kampaniyası üçün məkanların yeri müəyyən edilib. “Report”un Muğan bürosunun məlumatına görə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı Cəlilabad rayonu ərazisində təşviqatın aparılması üçün müəyyən edilmiş 35 məkan təyin olunub.

Read More »

Ağdam, Laçın və Cəbrayılda “ASAN xidmət” mərkəzləri istifadəyə veriləcək

Ağdam, Laçın və Cəbrayıl rayonlarında “ASAN xidmət” mərkəzləri istifadəyə veriləcək. Boyukmillet.com  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 16-da Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışı zamanı məlumat verilib. İşğaldan azad olunmuş ərazilərdə “ASAN xidmət”lə əlaqədar bildirilib ki, mərkəzlərin qurulması üçün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 7 rayonda təhlillər aparılıb. Təhlillər …

Read More »

Pakistan XİN: İranın ərazimizə zərbəsi nəticəsində 2 uşaq həlak olub

İran Silahlı Qüvvələrinin Pakistan ərazisinə zərbələri nəticəsində iki uşaq həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. “Nəticədə iki məsum uşaq ölüb və üç qız yaralanıb”, – sənəddə qeyd olunub. Xatırladaq ki, yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinə daxildir) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. Tehran iddia edib ki, hədəf oradakı …

Read More »

Türkiyə və Yaponiya XİN başçıları birgə açıqlama veriblər

Türkiyədə səfərdə olan Yaponiyanın xarici işlər naziri Yoko Kamikava ilə Türkiyənin XİN rəhbəri Hakan Fidan arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, görüşdən sonra iki ölkənin XİN rəhbərləri mediaya birgə açıqlama veriblər. Nazirlər bu il Türkiyə ilə Yaponiya arasındakı diplomatik münasibətlərin yüzüncü ildönümünün qeyd olunduğunu, bu münasibətlərin möhkəm təməl üzərində inkişaf etdirildiyini və 2013-cü ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xatırladıblar. …

Read More »

Azərbaycan dəniz komandoları beynəlxalq təlimdə müxtəlif manevrlər icra ediblər

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz komandoları Türkiyədə keçirilən “Dəniz qurdu-1” hərbi təlimlərində iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Təlimlər yanvarın 7-də başlayıb və yanvarın 16-da başa çatıb. Beynəlxalq təlimdə dəniz komandoları müxtəlif manevrlər icra ediblər. Hərbi təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, daha 23 ölkə – Almaniya, Banqladeş, Belarus, Bolqarıstan, Əlcəzair, Çin, Hindistan, …

Read More »

Agentlik: “Sağlamlıq imkanı məhdud uşağın övladlığa götürülməsi zamanı 600 manat müavinət verilir”

3 yaşdan 18 yaşa qədər uşaqların övladlığa götürülməsi ilə bağlı aylıq 200 manat müavinət nəzərdə tutulur. Sağlamlıq imkanı məhdud uşaqlar üçün isə bu məbləğ 600 manatdır. Boyukmillet.com-un xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin Qiymətləndirmə şöbəsinin müdiri Elnarə Cavadova “Sosial saat”da deyib. Onun sözlərinə görə, bu məbləğ …

Read More »

Bakıda sexin dağıntıları altından daha bir nəfərin cəsədi tapılıb, ölənlərin sayı 8-ə çatıb

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış nəticəsində dağıntılar altında qalan daha bir nəfərin cəsədi tapılıb. Bu barədə  Fövqəladə Hallar Nazirliyindən bildirilib. Bununla da ölənlərin sayı 8 nəfərə çatıb. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Qeyd edək ki, hadisə yanvarın 15-də baş verib. Nəticədə 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb. Ötən gün 7 nəfərin cəsədi …

Read More »