Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Qarabağ bölgəsində ermənilərin növbəti silah-sursat anbarı aşkarlanıb

Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı növbəti silah-sursat anbarı aşkar edilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələri birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı infrastrukturdan silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, piyada və tank …

Read More »

Azərbaycan hərbçiləri Qazaxıstanda keçiriləcək təlimlərdə iştirak edəcək

Qazaxıstanda bu il irimiqyaslı taktiki təlimlər keçiriləcək. Boyukmillet.com  xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb. Qeyd edilib ki, təlimlərdə Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistanın hərbçiləri iştirak edəcək. Qazaxıstan müdafiə naziri Ruslan Jaksılıkov bildirib ki, hərbi təlimlər Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin edilməsinə yönəlib.

Read More »

İran XİN başçısı BMT Baş katibi ilə danışıb, ABŞ və Britaniyanın Yəmənə hücumunu strateji səhv adlandırıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb. Qeyd olunub ki, tərəflər Qəzza zolağı və Qırmızı dəniz ətrafındakı son durumu müzakirə ediblər. İran XİN rəhbəri ABŞ və Böyük Britaniyanın Yəmənə zərbə endirməsini pisləyib. O, bunu regiondakı vəziyyəti daha da pisləşdirən strateji səhv …

Read More »

Azərbaycanın bank sektorunun xalis mənfəəti 18 % artıb

Azərbaycanın bank sektoru 2023-cü ildə 1 milyard 075,9 milyon manat xalis mənfəət əldə edib. Boyukmillet.com  xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 17,65 % çoxdur. Ötən il bankların vergiyəqədərki mənfəəti 1 milyard 381,1 milyon manat (əvvəlki ilə nisbətən 17,7 % çox), mənfəət vergisi ödəmələri isə 308,2 milyon manat (17,9 % çox) təşkil edib.

Read More »

Azərbaycan və Ərəbistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Milli Müdafiə Universiteti və Komanda-Qərargah Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti və dinləyiciləri Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu ziyarət ediblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi və təhsil sistemi, eləcə də elmi fəaliyyəti barədə brifinq təqdim edilib. Keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsindən söhbət açılıb, bu …

Read More »

Cüdo üzrə Azərbaycan birinciliyinə bu gün start veriləcək

18 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə bu gün start veriləcək. Boyukmillet.com-un Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, yarış fərdi və komandalar arasında baş tutacaq. Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində təşkil olunacaq turnirdə qızlar və oğlanlar arasında 6 çəkidə 207 cüdoçu medallar uğrunda mübarizə aparacaq. İlk gündə oğlanlar arasında 46 kq, 60 kq və 81 kq çəki …

Read More »

Bakıda silahlı şəxslər saxlanılıb

Bakının Sabunçu rayonunda silahlı şəxslər saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Rauf Yusifov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd …

Read More »

Azərbaycan neftinin qiyməti 83 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,04 ABŞ dolları, yaxud 1,24 % azalaraq 83 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,27 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …

Read More »

İran Ərbildəki ABŞ hərbi bazasına ballistik raketlərlə zərbələr endirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanının paytaxtı Ərbildə ABŞ konsulluğu yaxınlığında yerləşən ABŞ hərbi bazası və hava limanına zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Amerikanın ABC News telekanalı məlumat yayıb. Ərbildə təxminən yeddi-səkkiz güclü partlayış olub. Ballistik raketlərlə və pilotsuz uçuş aparatları ilə ABŞ-ın Hərirdəki hərbi bazasına və ona bitişik beynəlxalq hava limanına zərbələr endirilib. Hazırda Ərbildə …

Read More »