Çərşənbə axşamı , 7 Aprel 2026

autor

İraq Prezidenti: Amerika koalisiyasının ölkəmizdəki fəaliyyəti tənzimlənməlidir

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin İraqdakı fəaliyyəti aydın şəkildə tənzimlənməlidir ki, o, öz işini davam etdirə bilsin. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İraq Prezidenti Əbdüllətif Camal Rəşid ABŞ-nin Bağdaddakı səfiri Alina Romanovski ilə görüşündə deyib. Onun sözlərinə görə, koalisiya qüvvələri yalnız İraqın təhlükəsizlik qüvvələrinə kömək üçün hərəkət etməlidir. İraqın dövlət başçısı, həmçinin koalisiya qüvvələrinin fəaliyyətini müəyyən şəkildə …

Read More »

Azərbaycan XİN: Fransanın vətəndaşının əsassız tutulduğu barədə iddiası yalandır

Fransa vətəndaşının əsassız olaraq tutulduğu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir. Boyukmillet.com xəbər verir ki, bunları Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşının tutulması ilə əlaqədar Azərbaycan əleyhinə açıqlaması ilə …

Read More »

Bakı və Abşeronda külək güclənib, Quba və Ordubada qar yağıb – FAKTİKİ HAVA

Ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 10-u saat 9.00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasıında 30-33 m/s, Şirvan, Beyləqan, Neftçalada 20 m/s, Yardımlı, Şəkidə 18 m/s, Mingəçevir, Şabran, Ağdamda 16 …

Read More »

Kim Çen In KXDR-in qatı düşməni olan dövlətin adını açıqlayıb

KXDR lideri Kim Çen In bildirib ki, Koreya Respublikası Pxenyanın nöqteyi-nəzərindən ən düşmən dövlətə çevrilib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi xəbər verib. Məlumata görə, o, bunu müdafiə sənayesi müəssisələrinə səfəri zamanı bildirib. “Kim Çen In qeyd edib ki, indi Koreya Respublikasını KXDR üçün ən düşmən dövlət kimi səciyyələndirməyin vaxtı çatıb”, – xəbərdə vurğulanır. Şimali Koreya liderinin …

Read More »

Türkiyədə 80 nəfərin olduğu bərə Egey dənizində sahilə çırpılıb

Türkiyədə içərisində 80 nəfərin olduğu bərə Egey dənizində sahilə çırpılıb. Boyukmillet.com bu barədə “TRT Haber” telekanalına istinadən xəbər verir. Hadisəyə səbəb gəmi kapitanının halının pisləşməsi və huşunu itirməsi olub. Qəza nəticəsində xəsarət alanların olmadığı bildirilir. Sərnişinlər başqa gəmiyə köçürülüb, kapitana tibbi yardım göstərilib. Qeyd edək ki, bərə axşam saatlarında İzmirin Konak və Bostancı bölgələri arasında fəaliyyət göstərib.

Read More »

Azərbaycanda casusluğa görə saxlanılan Martin Rayan Fransa tərəfindən istifadə edilib

Azərbaycanda casusluqda ittiham olunaraq saxlanılan Fransa vətəndaşı Martin Rayan ölkəsi tərəfindən istifadə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə onun atası Riçard Rayan “Agence France-Presse” (AFP) agentliyinə danışıb. “Oğlum bir dəfə mənə ondan istifadə etdikləri barədə danışıb. Bununla oğlum onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş iki diplomata işarə edib”, – R.Rayan deyib. Qeyd edək ki, Martin Rayan 2023-cü ilin …

Read More »

Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 9-da respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 177 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 21 …

Read More »

ABŞ səfirliyi Perinatal Mərkəzdə həlak olan körpələrlə bağlı başsağlığı verib

ABŞ səfirliyi Respublika Perinatal Mərkəzdə həlak olan körpələrlə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib. “Bu gün Respublika Perinatal Mərkəzində baş verən yanğında həyatını itirən dörd körpənin ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. Biz, həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, – bildirilib. Qeyd edək ki, Respublika Perinatal Mərkəzində baş vermiş …

Read More »

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq güclənir

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq güclənir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, tərəflər ikinci dəfə üçtərəfli toplantı keçirib. İclasda müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və ümumi hədəflər uğrunda addımlar atılması barədə qərar qəbul olunub. Üçüncü iclasın bu ilin fevral ayında Ər-Riyadda keçirilməsinə dair razılıq əldə olunub. Qeyd edək ki, ilk üçtərəfli …

Read More »

Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb

Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb. Boyukmillet.com-un xəbərinə görə, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: 1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; 2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; 3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; 4. Böyük Quruluş Partiyasının …

Read More »