Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının heç də hamısı Azərbaycanın Almaniyadakı səfirliyinin konsulluq qeydiyyatına düşmürlər. Bu barədə “Report”a müsahibəsində Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev danışıb. “Almaniyadakı azərbaycanlı icmasının dəqiq sayı barədə məlumat vermək bir qədər çətindir. Belə ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının heç də hamısı səfirliyimizdə konsulluq qeydiyyatına düşmürlər”, – deyə diplomat bildirib. Ancaq səfir onu da əlavə edib ki, …
Read More »Naxçıvanda Azərbaycan Milli QHT Forumunun regional forumu keçirilir
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Milli QHT Forumunun regional forumu keçirilir. “Report”un yerli bürosu xəbər verir ki, toplantıda Azərbaycan Milli QHT Forumunun rəhbər heyəti və Naxçıvanda qeydiyyatda olan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Regional forumda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkədə baş verən mühüm dəyişikliklər, inkişaf prosesi əsas müzakirə mövzusudur.
Read More »Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Aygün Bəylərin vida mərasiminə əklil göndərib. Boyukmillet.com xəbər verir ki, əklil vida mərasiminin keçirildiyi Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evinə gətirilib. Əklil mərhumun məzarının üzərinə qoyulacaq. Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddət onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 7-də Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. …
Read More »Azərbaycanda seçki ilə bağlı şikayətlərə baxılması qaydası açıqlanıb
“Məhkəmələr həmişə olduğu kimi, bu il də fevral ayında keçiriləcək növbədənkənar Prezident seçkilərində öz üzərlərinə düşən vəzifələri həyata keçirməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, bu sahədə münasibətləri tənzimləyən Seçki Məcəlləsi ölkədə seçkilərin təşkili və keçirilməsinin əsas qaydalarını müəyyən edir: “Seçki …
Read More »Xankəndi və Xocalıdan silah-sursat tapılıb
Polis əməkdaşları Xankəndi şəhəri və Xocalı rayonu ərazisində silah-sursat aşkarlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Xankəndi şəhəri ərazisindən 1 ədəd pulemyot, 33 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 7 ədəd tüfəng, 22 ədəd qumbara, 23 ədəd qumbara alışdırıcısı, 10 665 ədəd müxtəlif çaplı patron, 2 ədəd optik nişangah, 5 …
Read More »2024-cü ildə Gürcüstan Azərbaycandan 3 milyard kubmetrdən çox təbii qaz idxal etməyi planlaşdırır
Gürcüstan 2024-cü ildə Azərbaycandan 3,017 milyard kubmetr təbii qaz idxal etməyi planlaşdırır. Boyukmillet.com Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın cari il üçün təsdiq edilmiş təbii qaz balansına dair sənəddə qeyd olunub. Sənədə əsasən, Gürcüstan ümumilikdə 3,217 milyard kubmetr “mavi yanacaq” idxal etməyi planlaşdırır. Bu həcmin 200 milyon kubmetri Rusiyanın payına düşəcək. Ümumilikdə Gürcüstanın təbii qaz balansı 3 …
Read More »Rusiya Ukrayna ərazisinə raket hücumu edib
Rusiya Ukrayna ərazisinə raket hücumu edib. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hava Donanması məlumat yayıb. Bildirilib ki, Rusiya Murmansk vilayətinin “Olenya” hərbi aerodromundan qaldırılan 9 “Tu-95MS” və 4 “Tu-22M3” Ukraynanı bombalayıb. Məlumata görə, Ukrayna səmasında Rusiyanın 11 “Tu-95MS” strateji bombardmançısı uçur. İnformasiyaya əsasən, Rusiyanın Xəzər dənizindəki bazasından Ukraynanın paytaxtı Kiyevə “Kinjal” qanadlı raketi atılıb. …
Read More »Şirvanda müxtəlif növ silah-sursat tapılıb
Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 23 ədəd patron aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırmalar aparılır.
Read More »Xarici narkotacirlərin Azərbaycana göndərdiyi 19 kiloqram narkotik dövriyyədən çıxarılıb
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı xaricdə yaşayan narkotacirlər tərəfindən ölkəyə göndərilən 19 kiloqrama yaxın narkotik vasitələrin respublika ərazisində dövriyyəyə buraxılmasının qarşısı alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında şöbə əməkdaşlarının keçirdikləri tədbir zamanı Tərtər rayon sakinləri, əvvəllər məhkum olunmuş Yusif Misirzadə və Elvin Kərimli saxlanılıb. Şəxsi …
Read More »Bu gün prezidentliyə nаmizədin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi müddəti başa çatır
Bu gün prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır. Boyukmillet.com-un xəbərinə görə, prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb. Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edəcək. Bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib. Xatırladaq ki, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar