Çərşənbə axşamı , 7 Aprel 2026

autor

İsmayıllıda avtomobil aşıb, bir ailənin 3 üzvü yaralanıb

İsmayıllıda avtomobil aşıb, bir ailənin 3 üzvü yaralanıb. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Qurbanəfəndi yolunda qeydə alınıb. Belə ki, “Hyundai Tucson” markalı avtomobilin sürücüsü Füzuli Alışanov qəfil idarəetməni itirərək yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan rayonun İstisu sakinləri – sürücü 65 yaşlı Alışanov Füzuli Vəli oğlu, sərnişinlər 58 yaşlı Alışanova Nəcibə Eldar qızı və 22 yaşlı Alışanov Amil …

Read More »

Xankəndidə pulemyot və avtomat silahları aşkarlanıb

Xankəndi şəhərində polis əməkdaşları döyüş silah-sursatları aşkarlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Şəhər ərazisində 2 ədəd “AKS-74”, 1 ədəd “AK-74M”, 4 ədəd “AK-47”, 1 ədəd “AK-103”, 4 ədəd “AKMS”, 5 ədəd “AK-74” markalı avtomat silah, 2 ədəd “TOZ” markalı ov tüfəngi, 1 ədəd “APS” markalı tapança, 2 ədəd “Makarov” markalı tapança, 6 ədəd qumbara, …

Read More »

Qax sakini Sumqayıtda intihar edib

Qax sakini Sumqayıtda intihar edib. Boyukmillet.com verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb Belə ki, Qax rayon sakini 1995-ci il təvəllüdlü Məhəmməd Kərim oğlu Kərimov intihar edib. Məlumata görə, o Novxanıda kirayə yaşayırmış, evli olub, 1 övladı var. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Read More »

Ötən il Almaniya 677 Azərbaycan vətəndaşına sığınacaq verməkdən imtina edib

Ötən il 1438 nəfər Azərbaycan vətəndaşı Almaniyaya gedərək rəsmi Berlindən sığınacaq istəyib. Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib. Qeyd olunub ki, keçən il ümumilikdə 1222 Azərbaycan vətəndaşının müraciətinə baxılıb. Onlardan yalnız 53-ü qaçqın kimi tanınaraq, Almaniyada yaşamaq icazəsi alıb. 6 nəfərin deportasiya qərarı ləğv edilib, 10 nəfər isə …

Read More »

Ermənistanda polislərin 40%-i IQ testdən keçə bilməyib

Ermənistanda polis əməkdaşlarının təxminən 40%-i ümumi bölmə test mərhələsindən keçə bilməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan”a ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 2023-cü ilin dekabr ayının sonuna olan məlumata görə, attestasiyada 1 123 polis əməkdaşı iştirak edib, onlardan yalnız 190-ı bütün mərhələlərdən keçib. Attestasiya 4 mərhələdən ibarətdir: Ümumi biliyin elektron testi (polis özü bunu “IQ test” …

Read More »

Laçında avtomobil qəzasında həlak olan hərbçi ilə Gəncədə vida mərasimi keçirilir

Azərbaycan Ordusunun yanvarın 4-də Laçında avtomobil qəzasında həlak olan hərbçisi Həsən İsmayılovla Gəncədə vida mərasimi keçirilir. Boyukmillet.com xəbər verir ki, mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edirlər. Mərasim başa çatdıqdan sonra mərhum Şəhidlər xiyabanında dəfn olunacaq. Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun …

Read More »

ABŞ-a məxsus bombardmançı təyyarə qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Cənubi Dakotadakı “Ellsworth” bazasına enməyə cəhd edərkən qəzaya uğrayıb. Təyyarədə 4 pilotdan ibarət ekipajın olduğu bildirilir. Onların hamısı uğurla katapulta edib, heç kim xəsarət almayıb. Qəza təlim uçuşu zamanı baş verib. Qeyd olunur ki, təlim zamanı pis hava şəraiti və şiddətli şaxta olub. Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. …

Read More »

Cənubi Koreya Şimali Koreyanın addımlarına cavab olaraq Sarı dənizdə təlim keçirəcək

Koreya Respublikasının Dəniz Piyadaları Korpusunun bölmələri Şimali Koreyanın artilleriya atəşinə cavab olaraq Sarı dənizdə atəş təlimləri keçirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb. Təlimlərdə Yenphyendo və Pennyondo adalarında yerləşən bölmələrin iştirak edəcəyi gözlənilir. Xatırladaq ki, daha əvvəl Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi Şimali Koreya sahil artilleriyasının Sarı dənizdə yerləşən Yenphyendo və Pennyondo adalarına …

Read More »

Bakıda güclü külək əsəcək, rayonlara qar yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 6-da şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir, günün ikinci yarısından zəifləyəcək. Azərbaycanın rayonlarında yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Quba-Qusar) intensiv olacağı ehtimalı …

Read More »

Ukrayna ordusu Krıma PUA-larla zərbə endirib 

Ukrayna ordusu ilhaq olunmuş Krım yarımadasına və Rusiyanın digər şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təkcə Krım səmasında Ukraynanın 36 PUA-sı vurulub. Yarımadaya hücum zamanı ölən və dağıntı olub-olmadığı açıqlanmayıb. Rusiyanın Belqorod vilayətində isə 10 PUA zərərsizləşdirilib. Hücum nəticəsində dağıntılar əmələ gəlib, avtomobillər zədələnib, azı 2 …

Read More »