Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,88 ABŞ dolları, yaxud 2,3 % artaraq 82,07 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,81 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …
Read More »Azərbaycan İrana başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir”, – Xarici İşlər Nazirliyinin paylaşımında bildirilir. Qeyd edək ki, partlayışlar …
Read More »ABŞ-ın Suriyadakı bazası hücuma məruz qalıb
“İraqın İslami Müqaviməti” silahlı təşkilatının nümayəndələri ABŞ-ın Suriyadakı “Ət-Tanf” bazasına hücum etdiyini açıqlayıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə TASS hərəkatın sosial şəbəkələrinə istinadən xəbər verir. Açıqlamaya görə, ABŞ-ın Suriyadakı hədəflərinə hücum İsrailin Qəzza zolağındakı hərəkətlərinə cavab, eləcə də Amerikanın İraq və Yaxın Şərqin ətraf bölgələrində işğalına qarşı ümumi səylərin bir hissəsidir. Hansı zərbənin vurulduğu məlum deyil. “Ət-Tanf” bazası Suriyanın cənub-şərqindəki …
Read More »Avropa Parlamentinin üzvü NATO-nun məhv edilməsinin zəruriliyini izah edib
Avropa NATO və onun hərbi maşını olmadan daha yaxşı olacaq. Boyukmillet.com-un xarici mətbuata istinadən məlumatına görə, bunu Avropa Parlamentinin (AP) İrlandiyadan olan üzvü Mik Uolles deyib. “Avropa NATO-nun hərbi maşını olmayanda daha yaxşı vəziyyətdə olacaq, onun Aİ və ya başqa yerlərin vətəndaşlarına təklif edəcəyi heç nə yoxdur”, – o, “X” sosial şəbəkəsində yazıb. Uolles ritorik olaraq soruşub ki, nə üçün …
Read More »Sabirabad sakininin evində 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Ulacalı kənd sakini Taleh Mikayılov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı iki kibrit qutusunda qablaşdırılmış narkotik vasitə olan marixuana aşkar edilib. Əməliyyat …
Read More »İsrail HƏMAS-ın Beyrutdakı qərargahına zərbələr endirib, ölənlər var
İsrail Fələstinin HƏMAS hərəkatının Beyrutdakı qərargahına pilotsuz uçuş aparatları ilə deyil, döyüş təyyarələri ilə hücum edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə TASS təhlükəsizlik xidmətindəki mənbəyə istinadən xəbər verir. Qeyd edilir ki, bu, Livan hakimiyyətinin apardığı ilkin araşdırma nəticəsində müəyyən edilib. Hücum paytaxtın cənub kənarındakı Müşərrəfiyyə yaşayış məntəqəsində baş verib. Altı raket atılıb, onlardan ikisi partlamayıb. Mənbə bildirib ki, ekspertlər raketlərin …
Read More »ABŞ Dövlət Departamenti F-16-ların Türkiyəyə satışı imkanlarını açıqlayıb
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında İsveçin NATO üzvlüyünü və F-16 təyyarələrinin Türkiyəyə satış prosesini qiymətləndirib. Bu barədə Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir. Miller İsveçlə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində qəbul edilməsini müsbət qarşıladıqlarını və layihənin Böyük Millət Məclisində qəbul edilərək imzalanmasını gözlədiklərini bildirib. O, qeyd edib ki, F-16-ların satışı və İsveçin NATO-ya …
Read More »Azərbaycanda Prezident seçkilərində MDB-dən olan missiyaya Sergey Lebedev rəhbərlik edəcək
Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB-dən müşahidəçilər missiyasına qurumun Baş katib Sergey Lebedev rəhbərlik edəcək. Boyukmillet.com MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, onun namizədliyi MDB ölkələrinin Birliyin nizamnamə və digər orqanlarındakı Daimi Səlahiyyətli Nümayəndələr Şurasının qərarı ilə təsdiq edilib. Bildirilib ki, MDB müşahidə missiyası Azərbaycan hökumətinin dəvəti ilə seçki prosesini izləyəcək. MDB İcraiyyə Komitəsi Birlik ölkələrinə öz nümayəndələrinin müşahidə …
Read More »Müdafiə Nazirliyi ilə Ombudsman Aparatının birgə tədbirlər planı imzalanıb
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2024-cü il üçün birgə tədbirlər planı imzalanıb. Plana əsasən, Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində cari il ərzində keçirilməsi nəzərdə tutulan tədbirlərin yeri, vaxtı və məsul şəxslər müəyyən edilib. Bu il təşkil ediləcək tədbirlər zamanı hərbi qulluqçuların …
Read More »Bakı-Ağstafa marşrutu üzrə daha bir qatar reysi təyin edilib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət “Ekspres” sürət qatarını əlavə reysə cəlb edib. Boyukmillet.com xəbər verir ki, yanvarın 3-də qatar axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək. Bundan başqa, hər gün ənənəvi cədvəl üzrə, 3, 4, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar