Çərşənbə axşamı , 7 Aprel 2026

autor

DİN Sumqayıtda sürücülük hüququ olmayan qazinin iddialarına münasibət bildirib

Sumqayıt şəhərində sürücülük hüququ olmadan avtomobil idarə edən 1989-cu il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı Xəzər Abdullayev işıq dirəyinə çıxaraq əsassız və qərəzli iddialar səsləndirib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, X.Abdullayev sürücülük hüququ olmada ayrı-ayrı avtomobillərlə hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaratdığına görə polis əməkdaşları tərəfindən tədbirlər görülüb. Daha əvvəl …

Read More »

Zaporojyedə partlayış olub, bütün Ukraynada hava xəbərdarlığı işə düşüb

Ukraynanın Zaporojye vilayətində partlayış olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “RBK Ukraina” məlumat yayıb. Bildirilib ki, bütün ölkə ərazisində hava həyəcanı siqnalları işə düşüb. Partlayışın səbəbi və nəticələri hələ ki məlum deyil. Qeyd edək ki, dekabrın 29-da bütün Ukraynada kütləvi raket hücumu həyata keçirilmişdi.

Read More »

TDT Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edib

Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən liderlərimiz sadəcə regional deyil, həm də beynəlxalq aləmdə ədalətlə bağlı qətiyyətli mövqelərini ortaya qoyublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevin Yeni il münasibətilə təbrikində qeyd olunub. Qeyd olunub ki, Astana Zirvə görüşü türk dünyasında yeni və vacib səhifə açıb: “Türk dünyası beynəlxalq geosiyasi proseslərlə bağlı ortaq …

Read More »

Azərbaycanda mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası yaradılıb

Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurası yaradılıb. Bu barədə  nazirlikdən məlumat verilib. Şura “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına müvafiq əlavə və dəyişikliklər edilməsi məqsədilə təsis olunub. Ekspert Şurasında Mədəniyyət Nazirliyi, nazirlik yanında …

Read More »

Azərbaycan milli mətbəxi və musiqisi Türkmənistanda təqdim olunub

Azərbaycanın Türkmənistandakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Aşqabadda Azərbaycan milli mətbəxi və musiqisi adlı tədbir keçirilib. Bu barədə diplomatik nümayəndəlikdən bildirilib. Tədbirdə çıxış edən səfir Qismət Gözəlov Azərbaycan milli mətbəxi və musiqisi, eləcə də Azərbaycan-Türkmənistan münasibətlərinə dair qonaqlara məlumat verib və tədbir iştirakçılarını Yeni il münasibətilə təbrik edib. 2023-cü ilin Azərbaycan üçün uğurlu olduğunu vurğulayan Q.Gözəlov bu gün üçrəngli bayrağımızın müstəqil Azərbaycanın …

Read More »

Azərbaycan neftinin qiyməti 82 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,01 ABŞ dolları, yaxud 1,22 % azalaraq 81,86 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünənki hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 77,04 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal …

Read More »

Sabahdan Azərbaycanda bir həftəlik bayram tətili başlayır

Sabahdan – dekabrın 31-dən Azərbaycanda bir həftə ardıcıl iş olmayacaq. Boyukmillet.com-un xəbərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib. Belə ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 …

Read More »

Dövlət Departamenti 155 mm-lik mərmilərin İsrailə satışını təsdiqləyib

ABŞ dövlət katibi Antoni Blinken İsrailə 147,5 milyon dollar dəyərində 155 millimetrlik mərmi satışını təsdiqləyib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Pentaqonun hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb. Sənədə əsasən söhbət 155 mm çaplı M107 yüksək partlayıcı parçalanma mərmilərinin və müvafiq avadanlıqların tədarükündən gedir. “Dövlət katibi ABŞ-ın milli təhlükəsizliyinin maraqları naminə …

Read More »

ABŞ-ın Suriyadakı bazası raket hücumuna məruz qalıb

“İraqın İslam Müqaviməti” hərəkatına aid silahlı silahlı qruplaşmalar Suriyanın Haseke əyalətinin cənubundakı Əş-Şəddadi şəhərindəki ABŞ hərbi bazasına raket zərbələri endirib. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Shafaq News” xəbər portalı məlumat yayıb. Məlumata görə, Əl-Cəbsə neft yatağının yanında yerləşən hərbi obyektə çoxsaylı raket sistemlərindən atəş açılıb. Hücum zamanı bazada bir neçə partlayış baş verib. Bundan əvvəl Suriyadakı bazada yerləşdirilmiş Amerika qüvvələrinin …

Read More »