Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-nə qədər uzadılıb. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Qeyd edək ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2024-cü il yanvarın 1-də bitirdi. Yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi …
Read More »Azərbaycanda işsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldılıb
Azərbaycanda işsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldılıb. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Qanuna əsasən, 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək. Əvvəllər isə bu müddət 30 ay idi.
Read More »Maliyyə Nazirliyi: “Qarabağ və Şərqi Zəngəzura 11,2 milyard manatdan çox vəsait ayrılıb”
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 11,2 milyard manatdan çox vəsait ayrılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi”ndə bildirilib. “Bu il azad edilmiş rayon və şəhərlərdə bir sıra iri infrastruktur obyektlər istifadəyə verilib. Artıq Laçın rayonuna və rayonun Zabux kəndinə, Tərtər rayonun Talış kəndinə, Füzuli şəhərinə doğma sakinlərin qovuşması, eləcə də Zəngilana …
Read More »Azərbaycan QHT-si ilk dəfə Ermənistanın dağ-mədən sənayesi xəritəsini hazırlamağa başlayıb
2024-cü ildə ilk dəfə Ermənistanın dağ-mədən sənayesi xəritəsi buraxılacaq və bununla bütün dünyaya bu müəssisələrin regionun ekologiyası üçün necə böyük təhlükə törətdiyi əyani şəkildə nümayiş olunacaq. Boyukmillet.com xəbər verir ki, bunu “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlayıb. O bildirib ki, layihə rəhbərlik etdiyi QHT-nin ilk işi olacaq: “40 ilə yaxındır ki, peşəkar kartoqrafiya işi ilə məşğulam. Bu ilin …
Read More »Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verilib
Azərbaycanda dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığın və proqram təminatının texniki tələblərə uyğunluğuna dair şəhadətnamə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) informasiya təhlükəsizliyinə dair müsbət rəyi təqdim edildikdən sonra veriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun təsdiq etdiyi “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa …
Read More »Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dəyişiklik edilib
Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dəyişiklik edilib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit …
Read More »Ombudsman 12 yaşlı qızın evliliyə cəlb olunması ilə bağlı məsələni nəzarətə götürüb
Sabirabad rayonunun Məmişli kəndində 12 yaşlı qızın evliliyə cəlb olunması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat araşdırılaraq Ombudsman tərəfindən nəzarətə götürülüb. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, azyaşlının hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi və məsələnin nəzarətdə saxlanılması məqsədilə Elm və Təhsil Nazirliyinə, Sabirabad Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon Polis Şöbəsinə müvafiq sorğular göndərilib. Ombudsman Aparatının …
Read More »İcma: “Prezident İlham Əliyev yüz illərdən sonra bizə güclü dövlətin qalib vətəndaşı olmaq hissini yaşadıb”
Qərbi Azərbaycan icması dekabrın 29-da keçirilmiş növbədənkənar ümumi yığıncaqda fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat qəbul edib. Boyukmillet.com xəbər verir ki, bəyanatda bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ideya və arzularının gerçəkləşdiyi bugünkü Azərbaycan öz dövlətçilik tarixinin ən güclü dövrünü yaşamaqdadır: “Ulu Öndər irsini şərəf və ləyaqətlə davam etdirən, bütün dünya azərbaycanlılarının ümid və …
Read More »“Qarabağ” Xankəndidəki oyun üçün hazırlanmış xüsusi formaları satışa çıxarıb
“Qarabağ” Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final oyunu üçün hazırlanmış xüsusi formaları satışa çıxarıb. Boyukmillet.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, MOİK-lə qarşılaşmaya özəl hazırlanmış məhdud sayda sertifikatlı formalar fanşopda satışdadır. İşğaldan azad olunduqdan sonra Xankəndi şəhər stadionunda təşkil olunan tarixi qarşılaşmanın əzəmətini və qürurunu özündə əks etdirən 100 ədəd özəl qablaşdırmalı və sertifikatlı futbol …
Read More »ATƏT/DTİHB-nin müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayıb
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək müşahidə missiyası fəaliyyətə başlayıb. Boyukmillet.com xəbər verir ki, bunu ATƏT/DTİHB missiyasının rəhbəri İoğan Mörfi Bakıda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, müşahidə missiyasına ATƏT-ə üzv olan 9 ölkədən 11 beynəlxalq ekspert, seçki günü seçki prosesini müşahidə edəcək qısamüddətli missiyanın 280 üzvü və yanvarın 3-də ölkəyə gələcək …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar