Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Nazirlik 30 dekabr iş günü ilə bağlı qərar verib

Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Nazirlər Kabinetinin 2023-cü il 9 …

Read More »

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiqlənib

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb. Dəyişikliyə əsasən, Komissiyanın statusu dəyişib və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya olub. Bununla yanaşı, Komissiyanın sədri Baş nazirinin birinci müavini deyil, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olacaq. Komissiyanın yeni tərkibini təqdim edirik: Komissiyanın sədri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi …

Read More »

Dövlət Vergi Xidmətinin strukturu optimallaşdırılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) strukturunda optimallaşdırmalar aparılıb. Boyukmillet.com DVX-yə istinadən xəbər verir ki, dəyişikliklər vergi daxilolmalarının müsbət dinamikasını artırmaq, işğaldan azad edilmiş ərazilərdə vergi ekosistemini bərqərar etmək, orada yaşayan vətəndaşların və fəaliyyət göstərən biznes subyektlərinin vergi xidmətlərinə çıxışını və vətəndaş məmnunluğunu təmin etmək, ümumilikdə risk əsaslı nəzarət çərçivəsini təkmilləşdirmək məqsədi daşıyır. Dəyişikliklərə əsasən, işğaldan azad olunmuş ərazilər üzrə …

Read More »

“Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi” təsdiqlənib

Prezident İlham Əliyev “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, Azərbaycanda şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemində dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsini təmin edən “Şəhərsalma Nəzarəti” altsistemi yaradılmalıdır. Nazirlər Kabineti tikintiyə icazə və istismara icazə icraatı da daxil …

Read More »

Milli Məclisin payız sessiyasının sonuncu iclasının gündəliyi açıqlanıb – SİYAHI

Milli Məclisin payız sessiyasının dekabrın 30-da keçiriləcək sonuncu iclasının gündəliyi açıqlanıb. Boyukmillet.com  xəbər verir ki, toplantının gündəliyinə 7 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi. 2. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının …

Read More »

Azərbaycanın bəzi rayonlarının inzibati ərazi bölgüsü qismən dəyişib

Prezident İlham Əliyev Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, qanuna əsasən, Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Malıbəyli kəndi, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri Xocalı rayonunun inzibati ərazi bölgüsünə …

Read More »

Prezident Ağdərə rayonunun yaradılması haqqında qanunu imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Qanunu təsdiqləyib. Boyukmillet.com  xəbər verir ki, sənədə əsasən, Ağdərə rayonunun inzibati ərazi bölgüsünə aşağıdakı ərazi vahidləri daxil edilir: Ağdam rayonunun Baş Güneypəyə kənd inzibati ərazi dairəsi tərkibindəki Baş Güneypəyə kəndi, Xatınbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Xatınbəyli kəndi, Məlikli kənd inzibati ərazi dairəsi tərkibindəki Məlikli və Qazançı kəndləri, Orta Güneypəyə kənd …

Read More »

Azərbaycan idmançısı Türkiyədə peşəkar döyüşün qalibi olub

Türkiyənin Muş vilayətinin Bulanıq bölgəsində ilk dəfə olaraq muay tay üzrə peşəkar döyüş gecəsi təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, “Muaythaı Figh Night” adlı idman tədbirində Türkiyə ilə yanaşı, Azərbaycan və İrandan olan idmançılar da iştirak ediblər. Naxçıvan Kikboksinq Federasiyasının məşqçisi Namiq Musayevin rəhbərliyi ilə muxtar respublikadan 4 idmançı yarışa …

Read More »

Türkiyə kəşfiyyatı PKK-nın rəhbər şəxslərindən birini məhv edib

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/KCK-HPJ qruplaşmasının rəhbərlərindən sayılan Zeynep Eyver adlı terrorçu zərərsizləşdirilib. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı MİT yayıb. Bildirilib ki, İraqın şimalında, Süleymaniyyə bölgəsində reallaşan əməliyyat nəticəsində “Aryen Are” kod adlı Zeynep Eyverlə yanaşı, qruplaşmanın 3 başçısı məhv edilib. Məlumata görə, Türkiyə Silahlı Qüvvələri Suriyanın Ayn-əl-Arab, Kamışlı və …

Read More »

Ermənistan və İran XİN başçıları Cənubi Qafqazı və 3+3 formatını müzakirə ediblər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb. Nazirlər Cənubi Qafqazdakı mövcud vəziyyəti, həmçinin 3+3 formatını müzakirə ediblər. Onlar həmçinin ikitərəfli münasibətlər barədə danışıblar.

Read More »