Miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilməsi qaydası dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Dəyişikliyə əsasən, sınaq müddətini müvəffəqiyyətlə keçə bilmədikdə, uzunmüddətli (altı aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerine yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam veriləcək. Bununla yanaşı, …
Read More »Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Qərar bu vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələr üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi daşıyır. Qanunda, həmçinin aşağıdakı dəyişikliklər nəzərdə …
Read More »Bakıda tarixi abidələrin rənglənməsi və beton qatının kəsilməsi faktları aşkarlanıb
Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 63 ünvanında yerləşən 2993 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin fasad hissəsinə müdaxilə olunduğu aşkar olunub. Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən abidəyə baxış keçirilən zaman tarixi tikilinin birinci mərtəbəsində fəaliyyət göstərən obyektin sahibi tərəfindən fasad hissəsində rənglənmə …
Read More »Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatında mükafatlandırma mərasimi keçirilib
Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatında mükafatlandırma mərasimi keçirilib. Boyukmillet.com-un məlumatına görə, yeniyetmələr arasında yarışın mükafatçıları fəxri kürsüyə çıxıblar. Onlara medalları Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq təqdim ediblər. Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən yarışa dekabrın 28-də …
Read More »Milli Məclis dünya azərbaycanlılarına müraciət edəcək
Milli Məclis dünya azərbaycanlılarına müraciət edəcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciətinin təsdiq edilməsi haqqında qərar layihəsi qanunverici orqanın dekabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Deputatlar toplantı zamanı qərar layihəsinə münasibətlərini bildirəcəklər.
Read More »İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin üzvləri Azərbaycanda saxlanılan erməni separatçıların rəhbərlərinə baş çəkib
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və Hüquq şöbəsinin müdiri Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan keçmiş Dağlıq Qarabağ separatçılarının rəhbərləri Arayik Arutyunyan, Ruben Vardanyan, David Manukyan və Lyova Mnatsakanyana baş çəkib. Bu barədə komitə sədrinin müavini Elçin Şirinov məlumat verib. Onun sözlərinə görə, başçəkmədə məqsəd saxlanma şəraiti, onlarla rəftar qaydaları, qidalanma …
Read More »Gürcüstan Prezidenti Azərbaycan liderini təbrik edib
Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir və ən səmimi arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və ölkənizə xidmətinizdə uğurlar diləyirəm. Gürcüstan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq və tərəfdaşlıq münasibətləri onilliklər ərzində inkişaf edir. Ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsində Sizin şəxsi …
Read More »Türkiyə ordusu son 3 gündə 56 terrorçunu məhv edib
Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatları nəticəsində 56 terrorçu zərərsizləşdirilib. Boyukmillet.com “TRThaber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, dekabrın 23-də terrorçuların mövqelərinə endirilən hava zərbələri nəticəsində azı 26 terrorçu məhv edilib. Sonrakı günlərdə “Pençe-Kilit” əməliyyat bölgəsində keçirilən əməliyyatlar zamanı 30 terrorçu zərərsizləşdirilib. Bununla da son üç gündə məhv edilən terrorçuların …
Read More »Azərbaycanda valyuta mübadiləsi fəaliyyəti üçün kapital tələbi qoyulub
Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizə forması”nı və “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər”i təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Eyni zamanda Maliyyə Bazarlarına Nəzarət Palatasının 21 …
Read More »Azərbaycanla Mərakeş arasında imzalanmış bir neçə sənəd təsdiqlənib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında energetika sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, Energetika Nazirliyi Sazişin müddəalarının həyata keçirilməsini təmin etməlidir. Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə qarşı tərəfə bildiriş göndərməlidir. Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikası hökuməti …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar