Çərşənbə axşamı , 7 Aprel 2026

autor

İsrail ordusu HƏMAS-ın xüsusi tunelini məhv edib

İsrail Müdafiə Qüvvələrinin əsgərləri Fələstinin HƏMAS radikal hərəkatının terror məqsədləri üçün istifadə etdiyi xüsusi yeraltı tikilisini aşkar edərək məhv ediblər. Boyukmillet.com xəbər verir ki, Qəzza zolağının cənubunda komanda məntəqəsi, rabitə mərkəzi və anbarın yerləşdiyi yüzlərlə metr uzunluğunda tunel aşkarlanıb. Tuneldəki binalar enerji və su təchizatı üçün zəruri olan infrastrukturla təchiz edilib. Gizli tunel 99-cu briqada mühəndislərinin köməkliyi ilə dağıdılıb.

Read More »

Ukrayna birtərəfli qaydada Belarusla azad ticarət sazişindən imtina edib

Ukrayna hökuməti birtərəfli qaydada Belarusla azad ticarət sazişindən imtina edib. Rusiya ilə ticarət qadağası 2024-cü ilin yanvar ayının sonuna qədər uzadılıb. Boyukmillet.com xəbər verir ki, qərarlar barədə Ukrayna İqtisadiyyat Nazirliyinin saytında məlumat verilib. Ukraynanın iqtisadiyyat, ticarət və kənd təsərrüfatı nazirinin müavini Taras Kaçka bildirib ki, iki ilə yaxındır ki, Ukrayna ilə Belarus, eləcə də Rusiya arasında ticarət əlaqələri yoxdur. Onun …

Read More »

Prezident Xocalı rayonunun Pirlər kəndində olub

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pirlər kəndində olub. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib. Dağətəyi ərazidə yerləşən Pirlər kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Pirlər kəndi Azərbaycan Ordusunun cari il sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Bu yaşayış məntəqəsi kənd təsərrüfatı və turizm sahələrində böyük potensiala malikdir.

Read More »

Azərbaycan Prezidenti Xocalı rayonunun Pircamal kəndində olub

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pircamal kəndində olub. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib. Pircamal kəndi dağətəyi ərazidə yerləşir. Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal piri ilə bağlıdır. Tarixi mənbələrə görə, bu yaşayış məntəqəsini qədim Beyləqandan köçüb gəlmiş ailələr salıblar. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın …

Read More »

Moskvanın və Bütün Rusiyanın Patriarxı İlham Əliyevi təbrik edib

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com-un məlumatına görə, məktubda deyilir: “Zati-aliləri, möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Siz atanızın layiqli varisi olaraq 20 ildən artıqdır ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində yüksək məsuliyyətlə çalışırsınız. Siz təcrübəli dövlət lideri, doğma ölkəsini hərarətlə sevən bir insan kimi onun sosial-iqtisadi inkişafına, …

Read More »

Azərbaycanda daha 473 nəfər hərbi qulluqçu yeni mənzillərlə təmin olunacaq

Azərbaycanda daha 473 nəfər hərbi qulluqçunun yeni mənzillərlə təmin olunması nəzərdə tutulur. Boyukmillet.com bu barədə Maliyyə Nazirliynə istinadən xəbər verir. Məlumata görə, Prezident İlham Əliyevin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Fərmana əsasən, Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi …

Read More »

Snayperlər şərti düşmən hədəflərinin məhv olunması üzrə tapşırıqları icra ediblər

Cari ilin hazırlıq planına uyğun olaraq, snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlim sahəsində şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər. Snayperlər şərti düşmən hədəflərinin aşkar olunması, düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə tapşırıqları …

Read More »

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun mövzusu açıqlanıb

2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun mövzusu “Sülh şəraitində davamlı inkişaf edən şəhərlər və qəsəbələr” olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakının Forumun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında bildirib. “Azərbaycan postmünaqişə dövrü ilə bağlı çox …

Read More »

Xorvatiya lideri İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Cənab Prezident, Sizə ən xoş diləklərimi yetirir və ölkənizin rifahının daha da yaxşılaşdırılması istiqamətindəki fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram. Əminəm ki, …

Read More »