İnanıram ki, 2024-cü ildə dünyadakı ədalətsizliklərə son qoyulacaq. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mədəniyyət və incəsənət mükafatlarının təqdimolunma mərasimində çıxışı zamanı deyib. O bildirib ki, səmimi şəkildə sülh istəyənlərin belə bir təsir gücü yoxdur: “Təsir gücü olanlar isə buna çalışmırlar. Dünya nizamında ciddi problemlər var”.
Read More »Zakir Həsənov azad edilən ərazilərə gedib, döyüş hazırlığı ilə bağlı tapşırıqlar verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə naziri şəxsi heyətin fərdi hazırlığının təkmilləşdirilməsi, bilik və bacarığının daha da artırılması üçün üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Ali Baş Komandanın …
Read More »“ASAN Könüllüləri” Təşkilatının 10 yaşı qeyd edilib
19 dekabr 2023-cü il tarixində “ASAN Könüllüləri” Təşkilatının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə “Könüldən 10 il!” adlı yubiley tədbiri baş tutub. Öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. ASAN könüllülərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ünvanlanıb. Rəsmilər …
Read More »Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb. Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Türkiyənin vitse-prezidentinin rəsmi səfərinin iki ölkə arasında mehriban qonşuluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının və müttəfiqliyinin hərtərəfli inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri xüsusi vurğulanıb. Azərbaycan və Türkiyənin hər …
Read More »Prezident və birinci xanım Xocavənd və Xocalı rayonlarına səfər ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd və Xocalı rayonlarına səfər ediblər. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Şıx Dursun kəndində “Çinar müqəddəs yer” abidə kompleksində və Xocalı rayonunun Şuşakənd kəndində olublar.
Read More »Bayram günlərində Şuşaya giriş-çıxışa məhdudiyyət qoyulmayıb – RƏSMİ
Bayram günlərində Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyət qoyulmayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndələyinin məlumatında deyilir. Qeyd olunub ki, bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb. “Bildiririk ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun …
Read More »Energetika Nazirliyinin Kollegiyasının gələn il üçün İş Planı təsdiq edilib
Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il üçün İş Planı təsdiq edilib. Boyukmillet.com-un nazirliyə istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazovun sədrliyi, kollegiya üzvlərinin, nazirliyin struktur bölmələri və tabeli qurumların nümayəndələrinin iştirakı ilə keçirilən növbəti kollegiya iclasında bildirilib. Kollegiya sədri çıxış edərək ölkə Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş milli prioritetlərə uyğun olaraq “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda …
Read More »Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb
İnterpolun dələduzluğa görə axtarışa verdiyi Rusiya vətəndaşı D.B. Türkiyənin Mersin əyalətində saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli təhlükəsizlik idarəsi onun ekstradisiyası prosedurunun başlandığını açıqlayaraq bildirib. Qeyd edilib ki, Rusiya İnterpol tərəfindən axtarışda olan D.B-nin Mersində olduğu barədə məlumat alındıqdan sonra texniki və fiziki nəzarətə götürülüb. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Bildirilib ki, onun Rusiyaya ekstradisiyası üçün …
Read More »ŞKTC Prezidenti Tatar Putindən Şimali Kiprlə birbaşa əlaqələri nəzərdən keçirməyi xahiş edib
Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar prezident Ersin Tatar Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, Rusiya ilə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə birbaşa əlaqələr məsələsinə baxılmasını xahiş edib. Bu barədə ŞKTC Prezident Administrasiyası məlumat verib. “Sizin vasitənizlə Şimali Kiprdə yaşayan ruslara səmimi hisslərimi bildirmək istərdim. Biz Rusiya ilə münasibətlərimizin inkişaf etməsini və genişlənməsini arzu edirik, ona görə də …
Read More »Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Azərbaycan Milli Məclisinin 2023-cü il 22 dekabr tarixli iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb. Parlamentdən verilən məlumata görə, iclasın gündəliyi aşağıdakı kimidir: 1. “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. “Aviasiya haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar