Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın rayonunun Zabux kəndinə növbəti köçü reallaşıb. Boyukmillet.com xəbər verir ki, paytaxtda və Abşeronda məskunlaşan 13 ailə (52 nəfər) Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüblər. Köç karvanına qoşulacaq ailələrin sayı isə belədir: Bərdə rayonundan – 6 ailə (20 nəfər), …
Read More »Azad edilmiş ərazilərin minalardan təmizlənməsində sülhməramlılar da iştirak edəcək – RƏSMİ
Azad edilmiş ərazilərin minalardan təmizlənməsində sülhməramlılar da iştirak edəcək. “Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar aparıb.
Read More »Fransanın neokolonializm siyasəti ilə bağlı beynəlxalq konfransın Yekun Bəyannaməsi qəbul olunub
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində dekabrın 14-də “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda keçirilən beynəlxalq konfransın Yekun Bəyannaməsi qəbul olunub. Boyukmillet.com-un xəbərinə görə, sənəddə qeyd olunub ki, 1960-cı il dekabrın 14-də yenicə suverenlik əldə etmiş ölkələrin təşəbbüsü ilə BMT Baş Assambleyası “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə” adlı 1514 (XV) saylı qətnamə qəbul …
Read More »Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Əməliyyat Planlaşdırılması Departamentinin rəisi general-mayor Marat Aymaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş …
Read More »DSX-də xidməti-döyüş fəaliyyətinin yekunlarına dair müşavirə keçirilib, tapşırıqlar verilib
Dekabr ayının 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) 2023-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib. Bu barədə qurumdan məlumat verilib. Müşavirədə DSX rəisi general-polkovnik Elçin Quliyev tərəfindən Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş möhtəşəm tədbirlər nəticəsində 2023-cü ilin dövlətçilik tariximiz üçün müstəsna əhəmiyyət daşıması və ərazi bütövlüyümüzün tam bərpa edilməsi ilə əlamətdar olması …
Read More »Putin: “Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb”
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb. Boyukmillet.com xəbər verir ki, Prezident bu barədə vətəndaşlarla “birbaşa xətt”də və jurnalistlərlə geniş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ermənistanda çətin daxili siyasi proseslər gedir. “Ermənistanda Qarabağla bağlı çətin proseslər gedir. Qarabağdan imtina edən biz deyildik. Bu torpaqların Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb. Bizə isə onların …
Read More »Azərbaycanda 5 il gizir və miçman kimi xidmət edənlərə kiçik leytenant rütbəsi veriləcək
Azərbaycanda gizir və miçman vəzifələrində beş il və daha çox xidmət edənlərə kiçik leytenant hərbi rütbəsi veriləcək. Boyukmillet.com-un xəbərinə görə, bu, “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Belə ki, hazırkı qanunun 36.1.3-cü maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən ən azı tam orta təhsilli şəxslərin gizirlərin və miçmanların həqiqi …
Read More »Ceyhun Bayramov: “Ermənistanın sərhəddən qoşunların çəkilməsi ilə bağlı təklifi Azərbaycan üçün qəbuledilən deyil”
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın sərhəddən hər iki ölkənin qoşunlarının çəkilməsi ilə bağlı səsləndirdiyi təklifin rəsmi Bakı üçün qəbuledilən olmadığını bildirib. Boyukmillet.com-un xəbərinə görə, o, dekabrın 14-də türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistan-Azərbaycan sərhədi delimitasiya olunmayıb: “Tam sərhəd üzrə razılıq olmayan bir zamanda qoşunlar sərhəddən çəkilərsə, orada nələrin baş verə biləcəyinə kim zəmanət …
Read More »Hakan Fidan Türkiyə-Ermənistan sərhədlərinin hansı halda açılacağından danışıb
Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının yekunlarına əsasən Ermənistanla sərhədlərin açılıb-açılmamasına qərar veriləcək. Boyukmillet.com-un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib. “Qeyd etdiyimiz kimi biz bu məsələ ilə əlaqədar Azərbaycana dəstək vermişik və verəcəyik”, – o bildirib.
Read More »Ceyhun Bayramov: “Türkiyənin danışıqlar masasında olması Ermənistanın özü üçün də əlverişlidir”
“Azərbaycan hər zaman normallaşma istiqamətində addımların atılması üçün niyyətini ortaya qoyub. Biz Ermənistana dəfələrlə ikitərəfli əsasda danışıqların aparılmasını təklif etmişik”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Türkiyə bölgənin ən önəmli ölkələrindən biridir: “Türkiyə həm də Ermənistanın qonşusudur. Zatən Azərbaycan masada varsa, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar