UNESCO mənzil qərargahında dekabrın 11-də Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrin 15-ci görüşünün gündəliyinə Azərbaycan tərəfindən daxil edilmiş “Minaların mədəni irsə təsiri” mövzusunda qətnamə layihəsi Konvensiyaya 135 Tərəf Ölkənin yekdil qərarı ilə qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-in məlumatında deyilir. Qətnamədə, silahlı münaqişələr və postmünaqişə dövrlərində mədəni mülkiyyətin (mədəni irsin) …
Read More »Tofiq Bəhramov stadionunda sektorun tavanı uçdu
Tofiq Bəhramov adına Respublika stadionunda sektorun tavanı uçub. Boyukmillet.com xəbər verir ki, xəbər verir ki, stadionda sektorlardan birinin tavanı qoparaq içəri düşüb. Qeyd edək ki, dekabrın 14-də stadionda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ”-“Hakken” görüşü keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq./Oxu.az
Read More »Cahit Bağçı: “Heydər Əliyevin həyata keçirə bilmədiyi heç bir şey qalmayıb”
Türkiyənin Azərbaycandakı sədiri Cahit Bağçı Ulu Öndər Heydər Əliyevin həyata keçirmək istəyib də, keçirə bilmədiyi heç bir şey qalmadığını söyləyib. Boyukmillet.com xəbər verir ki, səfir jurnalistlərə açıqlamasında qeyd edib ki, Azərbaycanın Ulu Öndəri Heydər Əliyev uzaqgörən lider olub. “Heydər Əliyevin ən böyük vəsiyyəti Qarabağın azadlığı idi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata …
Read More »Tokayev: “Qazaxıstan İT xidmətlərinin ixracını 1 milyard dollara çatdırmağı planlaşdırır”
Qazaxıstan 2026-cı ilə qədər İT xidmətlərinin ixracını 1 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. “Keçən il yerli İT sənayesinin ixracı 5 dəfə artıb. Mən onun həcmini 2026-cı ilə qədər 1 milyard ABŞ dollarına çatdırmağı qarşıma vəzifə qoymuşam”, – o vurğulayıb. Onun fikrincə, Qazaxıstan qlobal rəqəmsal texnologiyaların mərkəzi kimi möhkəmlənməli və ən …
Read More »Ev tikmək istəyənlərin nəzərinə: bu materialların qiyməti bahalaşacaq
“2024-cü ildə tikinti materiallarının qiyməti 30 faizə qədər bahalaşacaq”. Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti, iqtisadçı-ekspert Vüqar Oruc deyib. Onun sözlərinə görə, hazırda mövsümə uyğun olaraq inşaat materiallarının qiymətində müəyyən qədər ucuzlaşma müşahidə olunur. Ekspert bu ucuzlaşmanın daha çox taxta materiallarının qiymətində hiss olunduğunu söyləyib. V.Oruc bildirib ki, ümumilikdə tikinti işləri dinamik şəkildə aparılmadığına görə əvvəlki …
Read More »Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyularaq xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub, ehtiram …
Read More »Naxçıvanda vergi daxilolmaları 29 % artıb
Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 150,4 milyon manat təşkil edib. Boyukmillet.com xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29 % çoxdur.
Read More »Bahar Muradova: “Heydər Əliyev xalqımızın min illik müstəqil dövlətçilik arzusunu xəyaldan reallığa çevirib”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ümummilli lider Heydər Əliyevin xalqımızın min illik müstəqil dövlətçilik arzusunu xəyaldan reallığa çevirdiyini bildirib. Boyukmillet.com xəbər verir ki, bunu B.Muradova I Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, bu gün bütün dünya azərbaycanlıları, türk dünyası üçün müqəddəs hüzn günüdür: “Heydər Əliyevin …
Read More »DTX əməkdaşları Heydər Əliyevin məzarını ziyarət ediblər
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Ulu Öndərin anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir dövlətçiliyimizin xilaskarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və …
Read More »YAP-ın növbədənkənar Prezident seçkilərində namizədi İlham Əliyev olacaq – RƏSMİ
Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib. Boyukmillet.com xəbər verir ki, T.Budaqov jurnalistlərə açıqlamasında qeyd edib ki, yaxın günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) iclası keçiriləcək. Onun sözlərinə görə, iclasda Prezidentliyə namizəd irəli sürüləcək: “2021-ci ildə keçirilən sonuncu qurultayda qəbul edilən nizamnaməyə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar