Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti gələn il aprelin 2-si saat 06:00-dək uzadılıb. Bundan öncəki qərarla həmin müddət 2024-cü il yanvarın 2-dək nəzərdə tutulmuşdu.

Read More »

Qaradağda avtomobil yolları əsaslı təmir ediləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, Sərəncamla Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə …

Read More »

Prezident Yardımlıda 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmirinə vəsait ayırıb

Prezident İlham Əliyev Yardımlı rayonunun Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-un xəbərinə görə, beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı …

Read More »

Prezident İlham Əliyev Gürcüstan parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı Gürcüstanın Baş naziri ilə mütəmadi görüşlərinin, o cümlədən Azərbaycan Prezidentinin dəvəti ilə İrakli Qaribaşvilinin fəxri qonaq qismində SPECA-nın Bakıda …

Read More »

Türkiyə kəşfiyyatı PKK terror qruplaşmasının rəhbərlərindən birini məhv edib

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (Milli İstihbarat Təşkilatı) PKK terror qruplaşmasının cəbhəxanasının məsul şəxsini zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, məlumatı “TRTHaber” yayıb. Bildirilib ki, Türkiyə kəşfiyyatının İraqın şimalında yerləşən Duhok kəndində keçirdiyi əməliyyat nəticəsində “Ruken Zilan” kod adlı Zeynəb Sevim məhv edilib. Məlumata görə, o, 2014-cü ildə qruplaşamaya qoşulub. 2016-cı ildə İraqın şimalında Metina, 2017-ci ildə Gara, 2019-cu ildə Avaşində Türkiyənin təhlükəsizlik …

Read More »

ATİB-ə yeni sədr seçilib

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinə yeni sədr seçilib. Sitat.info xəbər verir ki, bu, Mürsəl Rüstəmovdur. O, indiyə qədər ATİB-in sədr müavini olub və yeni vəzifəsində Cemal Yanqını əvəz edib. M.Rüstəmov vaxtilə “PAŞA Həyat Sığorta” ASC-nin İH-nin sədri vəzifəsində çalışıb.

Read More »

İrəvanda balıqçılar aksiya keçirirlər

Ermənistanın Ararat rayonundan olan balıqçılıq təsərrüfatlarının nümayəndələri İrəvanın mərkəzində aksiya keçirirlər. Boyukmillet.com xəbər verir ki, onlar Ekologiya Nazirliyindən Su Məcəlləsinə dəyişiklikliyin təxirə salınmasını tələb edirlər. Etirazçıların sözlərinə görə, onlara yeraltı quyuların suyundan istifadə qaydasını hazırlamaq üçün işçi qrupuna daxil ediləcəkləri barədə söz verilmişdi: “Amma 15 gün keçdi və heç kim bizimlə əlaqə saxlamadı. Üstəlik, nazir nümayəndəmizi qəbul etməkdən imtina edib”.

Read More »

“Böyük Qayıdış arzuları” adlı aksiya keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə Bakıda bir neçə ictimai məkanda “Böyük Qayıdış arzuları” adlı sosial aksiya təşkil edib. Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, aksiya iştirakçılarına kiçik ölçülü standart kağız parçalarına ürək sözlərini yazıb, həmin məkanlarda quraşdırılmış iri lövhədəki yumruq təsvirinin üzərinə yapışdırmaq təklif olunub. Aksiyaya qoşulanlar Vətən müharibəsində qazanılan böyük …

Read More »

Göyərtəsində radioaktiv maddələr olan təyyarə Moskva aeroportuna təcili eniş edib

Göyərtəsində 19 kq radioaktiv maddə olan Xantı-Mansiysk-Moskva reysi qəza siqnalı göndərdikdən sonra paytaxtın Vnukovo aeroportuna təcili eniş edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb. Məlumata görə, göyərtəsində 104 sərnişinin də olduğu “Utair” aviaşirkətinin təyyarəsi saat 01:00 radələrində eniş şassisinin nasazlığı barədə qəza siqnalı verib: “Təyyarədə təhlükəli yüklər kateqoriyasına aid olan, lakin Rusiya Federasiyası Nəqliyyat Nazirliyi …

Read More »

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 14 % artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə təxminən 19 milyard 771,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur. Boyukmillet.com xəbər verir ki, bu il noyabrın 1-nə qədər ölkədə 94 818 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.

Read More »