Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Ərdoğanın Yunanıstana səfəri zamanı iki ölkə arasında 20 müqavilə imzalanacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfəri çərçivəsində iki ölkə arasında 20 müqavilənin imzalanması planlaşdırılır. Boyukmillet.com bu barədə Yunanıstan mətbuatına istinadən xəbər verir. Məlumata görə, Türkiyə liderinin səfər proqramına yunanıstanlı həmkarı Katerina Sakellaropulu və Baş nazir Kiriakos Mitsotakislə görüşlər daxildir. Sonra iki ölkənin Əməkdaşlıq Şurasının plenar iclası olacaq. Türkiyə Prezidentinin səfəri zamanı təhlükəsizliyin təmin edilməsinə 3,5 min nəfərdən çox polis …

Read More »

Bakıda Qarabağa qayıdışla bağlı beynəlxalq forum keçiriləcək

Dekabrın 6-da ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdə çıxışı və müzakirələrdə iştirakı nəzərdə tutulur. Qeyd edək ki, ənənəvi xarakter almış forumda dünyanın müxtəlif ölkələrindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloq iştirak edir. Açıq formada keçirilən müzakirələrdə dünyada …

Read More »

Bakıda Xəzəryanı dövlətlərin yüksək səviyyəli işçi qrupun görüşü keçiriləcək

Gələn ilin mart ayında Bakıda Xəzəryanı dövlətlərin yüksək səviyyəli işçi qrupun görüşü keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib. “Xəzəryanı dövlətlərin müxtəlif əməkdaşlıq platformaları mövcuddur. Əməkdaşlıq platformalarından biri də, dövlət başçılarının qərarına əsasən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclası formatıdır. Qərara uyğun olaraq bu gün ilk görüş keçirilib”, – nazir deyib. Bu …

Read More »

Azərbaycan Prezidentinin dekolonizasiya ilə bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb

Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb. Müraciətdə deyilir: “Hörmətli konfrans iştirakçıları, Hörmətli xanımlar və cənablar, Sizi “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışı …

Read More »

Azərbaycan səfiri ABŞ Komissiyasına işlərindəki siyasi korrupsiya barədə dəlillər təqdim edib

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşü zamanı qurumun işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Dünən ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşüm zamanı onlara işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və …

Read More »

Qərbi Azərbaycan İcması Jozep Borrelə cavab verib: “Hiddətimizi ifadə edirik”

Qərbi Azərbaycan İcması Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrelin yenidən yalan danışması, Azərbaycana böhtan atması ilə bağlı dərin hiddətini ifadə edir. Boyukmillet.com xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, J.Borrel guya “hərbi müdaxilə”, “güc tətbiq edilməsi” nəticəsində “150 min erməninin Qarabağdan qaçmağa məcbur olduğu”nu iddia edib: “Heç ermənilərin özləri 150 min rəqəmini dilə gətirmir və …

Read More »

Moskvada Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü keçirilir

Moskvada Xəzəryanı ölkələrin baş diplomatlarının iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan arasında ikitərəfli görüş başlayıb. “Report”un Rusiya bürosunun məlumatına görə, görüşdə nazirlər ikitərəfli əməkdaşlığın inkişafı, eləcə də aktual regional məsələləri müzakirə edəcəklər. Nazir görüşün əvvəlində çıxış edərək bildirib ki, Xəzər dənizi mövzusuna dair məsələlərlə bağlı faydalı fikir mübadiləsi aparmaq imkanı …

Read More »

XİN: “Ermənistanın Azərbaycana qarşı mina təhdidinə son qoyulmalıdır”

Ermənistanın Azərbaycana qarşı mina təhdidinə son qoyulmalıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında yazılıb. “Bu gün Ağdam rayonunda minanın partlaması nəticəsində minaların zərərsizləşdirilməsi üzrə azərbaycanlı mütəxəssis xəsarət alıb. 2020-ci il müharibəsi başa çatdığı gündən bəri mina qurbanlarının sayı 338 nəfərə çatıb”, – qeyd edilib. Today, an Azerbaijani Landmine disposal specialist was injured in a …

Read More »

Azərbaycan və Misir müdafiə nazirləri hərbi əməkdaşlığı müzakirə ediblər

“EDEX 2023” beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Misir Ərəb Respublikasının müdafiə naziri general-polkovnik Mohamed Ahmed Zaki ilə görüşüb. Azərbaycanın Misirdəki Fövqəladə və Səlahiyyətli səfiri Elxan Poluxovun da iştirak etdiyi görüşdə ölkələr arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari …

Read More »

Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi beynəlxalq təlimdə şərti dəniz minaları zərərsizləşdirilib

Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Nusret-2023” beynəlxalq hərbi təlimləri çərçivəsində şərti minalar zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. Bildirilib ki, C-130 tipli təyyarə ilə havadan dənizə mina düzülüb. Sonra dalğıclar həmin minaları zərərsizləşdirib. Həmçinin, şərti əməliyyat zamanı yaralanan şəxsi heyətin təxliyəsi həyata keçirilib. Qeyd edək ki, təlimlərdə Azərbaycanla yanaşı, Bəhrəyn, Braziliya, Bolqarıstan, Cənubi Koreya, Filippin, …

Read More »