Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Laos arasında dostluq …
Read More »Azərbaycan neftinin qiyməti 85 dolları ötüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,02 ABŞ dolları, yaxud 1,21 % artaraq 85,59 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 78,88 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …
Read More »Qərbi Azərbaycan İcması Ermənistanın XİN başçısına cavab verib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanı “təcavüz”də, “etnik təmizləmə”də, qeyri-konstruktivlikdə ittiham edən açıqlamalarla çıxış edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib. Ermənistan diplomatiyasının utanmaz davranışının həddi-hüdudu yoxdur. 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, azərbaycanlıların Ermənistana qayıdış hüququnu belə inkar edən bir ölkənin rəsmisinin belə açıqlaması siyasi əxlaqsızlıqdır. Bu …
Read More »Deputat: “Ermənistan yenə nələrəsə hazırlaşır, ona görə də biz daha güclü olmalıyıq”
“Biz 300 illik ədalətsizliyə son qoymuşuq. Amma hələ heç də hər şey bitməyib. Çünki Ermənistan yenə də nələrəsə hazırlaşır. Ona görə də biz daha güclü olmalıyıq”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov dekabrın 2-də Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk Dünyasının gələcəyinə həsr olunan beynəlxalq Turan konfransında çıxışı zamanı deyib. O bildirib ki, bu gün …
Read More »Azərbaycan parataekvondoçusu İngiltərədə bürünc medal qazanıb
Azərbaycan millisi İngiltərənin Mançester şəhərində keçirilən parataekvondo üzrə Qran-prinin final mərhələsini bir medalla başa vurub. Boyukmillet.com-un məlumatına görə, komandanın heyətində İmaməddin Xəlilov (70 kq) uğurlu çıxış edib. K-44 kateqoriyasında mübarizə aparan parataekvondoçu bürünc medala sahib olub.
Read More »Sahibə Qafarova: “Azərbaycan Ermənistanla sülhə hazırdır”
“Azərbaycan regionda daimi sülhün təmin olunmasını istəyib. Bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və Azərbaycan sülhə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Çex Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkə parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşdə deyib. Görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə məlumat verən S.Qafarova, Azərbaycan …
Read More »Azərbaycan millisinin baş məşqçisi: “Tarixi gün idi”
“Tarixi gün idi”. Boyukmillet.com xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov səfərdə Kipr yığmasına 1:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunu barədə danışarkən deyib. 36 yaşlı mütəxəssis qələbə münasibətilə komanda üzvlərini, məşqçilər korpusunu, azarkeşləri, futbolsevərləri və hamını təbrik edib: “Hesabda irəli çıxdıq, daha sonra qol vurmaq imkanlarımız oldu, …
Read More »İsrail ordusu Qəzza zolağında 4 girovun öldüyünü təsdiqləyib
İsrail Müdafiə Ordusu oktyabrın 7-də İsrailə hücum zamanı HƏMAS tərəfindən əsir götürülən 4 girovun öldüyünü təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Xaqari bildirib. Həmin şəxslərin adları açıqlanıb: Eliyahu Marqalit, Mia Qoren, Ronen Enqel və Arye Zalmanoviç. D.Xaqari bildirib ki, onların ailələrinə artıq məlumat verilib. Lakin İsrail ordusunun nümayəndəsi girovların necə və nə vaxt öldüyünü açıqlamayıb.
Read More »Almaniyanın şirkəti Ukraynada zirehli texnika istehsalına başlamağı planlaşdırır
Almaniyanın silah konserni olan “Rheinmetall AG” şirkəti 2024-cü ildə Ukraynada ilk zirehli texnika istehsal etmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə şirkətin rəhbəri Armin Papperqer bildirib. “Müqavilə imzalandıqdan sonra biz ilk “Fuchs”u 6-7 ay ərzində, “Lynx”i isə 12-13 ay ərzində istehsalını başa çatdırmaq istəyirik”, – o qeyd edib.
Read More »AQTA: “Azərbaycana qanunsuz gətirilən “Samyun Wan” preparatı insan sağlamlığı üçün təhlükəlidir”
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərkibində təhlükəli kimyəvi maddə aşkarlanan bioloji aktiv qida məhsulu ilə bağlı xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, AQTA bioloji aktiv qida məhsullarının satışı ilə bağlı sosial şəbəkələrdə edilən paylaşımlar və mediada dərc olunan məlumatlar müvafiq qaydada təhlil edilərək araşdırmalar aparıb. Belə ki, agentliyin həyata keçirdiyi monitorinqlər çərçivəsində elektron ticarət vasitəsilə istehlakçılara bioloji aktiv qida …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar