Noyabrın 28-də gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisindən 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Read More »Ombudsman: “Fransa kimi ölkələr beynəlxalq hüquqa hörmətsizlik edərək sülhə mane olurlar”
“Fransa kimi ölkələr beynəlxalq hüquqa hörmətsizlik edərək sülhə mane olurlar”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları – 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, Ermənistanın uzun illər boyu …
Read More »İcma: “Fransanın ardınca Aİ-nin Ermənistanı silahlandırması olduqca yanlış və təhlükəli addımdır”
“Fransanın ardınca Avropa İttifaqının Ermənistanı silahlandırması olduqca yanlış və təhlükəli addımdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib. Bildirilib ki, Avropa İttifaqının (Aİ) “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana hərbi yardım göstərəcəyi barədə məlumatlar yayılıb. “Avropa Sülh Fondu” adı altında Ermənistana silah verilməsi kinayə və istehza doğurur. Qərbi Azərbaycan İcması hesab edir ki, Fransanın ardınca Avropa İttifaqının …
Read More »Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,33 ABŞ dolları, yaxud 0,38 % artaraq 86,10 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 82,95 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …
Read More »“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 2 il ötür
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından 2 il ötür. Boyukmillet.com xatırladır ki, 2021-ci il 30 noyabrda saat 10:40 radələrində DSX-nin hərbi helikopteri “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, daha 2 nəfər yaralanıb. Həlak olan hərbi qulluqçuların …
Read More »Azərbaycanın daha 7 güləşçisi Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha 7 güləşçisi Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında çıxış edəcək. Boyukmillet.com xəbər verir ki, medallar uğrunda 5 kişi və 2 qadın təmsilçimiz mübarizə aparacaq. Məşqçilər korpusunun etimadını Ceyhun Allahverdiyev (61 kq), Orxan Abbasov (79 kq), Fərid Cabbarov (86 kq), Zəfər Əliyev (97 kq), Rahid Həmidli (125 kq), Gültəkin Şirinova (53 kq) və Ruzanna …
Read More »Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilir
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, BMT-nin Azərbaycan Nümayəndəliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş “İnsan Hüquqları – 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir. Boyukmillet.com xəbər verir ki, toplantıda Ombudsman Səbinə Əliyeva, BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Vladanka Andreeva, Milli …
Read More »Ombudsman beynəlxalq təşkilatları ikili standartlardan əl çəkməyə çağırıb
“Bu gün dünyanın tərəqqipərvər ölkələri və beynəlxalq təşkilatlar hər kəsin yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi fundamental insan hüquqlarının müdafiəsi naminə ikili standartlardan əl çəkməli və Azərbaycana münasibətdə ədalətli mövqe nümayiş etdirməlidirlər”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 …
Read More »Türkiyədə Azərbaycan diplomatlarının aldadılması ilə bağlı məlumatlara aydınlıq gətirilib
“Türkiyədə Azərbaycan diplomatlarının aldadılması ilə bağlı mediada yayılan xəbərlər ilə əlaqədar qeyd edək ki, sözügedən diplomatların Azərbaycanın Türkiyədəki səfirliyi və ya Baş konsulluqları ilə heç bir bağlılığı yoxdur”. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Bildirilib ki, belə bir halın baş verdiyi məlumdur və zərərçəkən şəxslər Türkiyədəki beynəlxalq təşkilatlarda çalışan əməkdaşlar olublar. “Bir neçə il bundan əvvəl, qeyd edilən diplomatlar çalışdıqları …
Read More »DTX-nin Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif edilib – SİYAHI
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif edilib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan təhlükəsizlik orqanlarının kadrlarının hazırlanması sahəsində xidmətlərinə, öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının aşağıdakı əməkdaşları təltif ediliblər: “Tərəqqi” medalı ilə Məmmədova Kamina Qavil qızı “Hərbi xidmətlərə görə” medalı ilə Allahverdiyev …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar