Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycanlı döyüşçü Rusiyada dünya çempionu olub

Azərbaycanlı idmançı Xəyal Caniyev muaytay üzrə superyarımorta çəkidə dünya çempionluğunu qazanıb. Boyukmillet.com xəbər verir ki, o, Rusiyanın Çelyabinsk şəhərindəki “Yunost” idman sarayında keçirilən turnirdə ən nüfuzlu WMC versiyası üzrə dünya çempionu adı uğrunda döyüşdə Asiya çempionu olmuş iranlı Moctaba Taravatiyə qalib gəlib. Beş raundun hamısında əla çıxış edən “halk” ləqəbli idmançımızın ikinci raundda rəqibini nokdauna salıb. Nəticədə hakimlərin yekdil qərarı ilə …

Read More »

Rusiya Ukraynaya rekord sayda PUA ilə hücum edib

Rusiya ordusu noyabrın 25-nə keçən gecə Ukraynaya rekord sayda “Shahed-131/136” pilotsuz uçuş aparatı (PUA) buraxıb. Boyukmillet.com xəbər verir ki, PUA hücumunun hədəfi paytaxt Kiyev olub. Hərbçilər ukraynalıları hava hücumu xəbərdarlığı aradan qalxana qədər sığınacaqlarda qalmağa çağırırlar. Hava hücumundan müdafiə işlərinin nəticələri isə yaxın günlərdə açıqlanacaq. Xatırladaq ki, daha əvvəl Kiyev Şəhər Şurası paytaxt ərazisində 40-a yaxın kamikadze dronun vurulduğu barədə …

Read More »

Ağsuda qanunsuz yolla kömür istehsal edən quyular aşkarlanıb

Ağsu Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı rayonun Nuran kəndində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, qanunsuz kömür istehsal edən şəxslərin kimliyi müəyyən olunub və onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb olunublar.

Read More »

Azərbaycanda vəzifəli şəxs məsuliyyətə cəlb olundu

Şəmkir rayonunda sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi tələblərinin daha da gücləndirilməsi məqsədilə polis, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən birgə növbəti tədbirlər keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı Şəmkir rayon Çaparlı kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib. Aşkar edilmiş …

Read More »

Nazir İlham Qasımova yüksək vəzifə verdi

Heydər Əliyev Sarayının direktoru vəzifəsinə direktor təyinatı olub. Boyukmillet.com xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib. İlham Qasımov 1977-ci ildə anadan olub. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirib. 1992–1996-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994–1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib …

Read More »

Aktyor yanğında ölən dayısının fotosunu paylşadı

Noyabrın 23-də Bakının Ziya Bünyadov prospektində inşaat materialları bazarındakı dəhşətli yanğında vəfat edən sahibkar Razi Qasımovun fotosu yayımlanıb. Boyukmillet.com xəbər verir ki, fotonu mərhumun bacısı oğlu, aktyor Cavidan Novruz sosial media hesabında paylaşıb. “Heyif səndən, Razi dayı. Bəziləri getmək əvəzinə, təəssüf ki, sən getdin. Amma qarışqanı belə incitməzdin. Allah sənin kimi bəndələrini çox sevər və sənə yanında yer ayırar. Məkanın cənnət …

Read More »

DSX-dən dənizdə əməliyyat: İrandan qaçaqmalçılıq…

İrandan Azərbaycana qaçaqmal siqaret, pomidor toxumu və xalçanın gətirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi bölmələrinin birgə fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb. Xəzər dənizinin Bəndovan burnu istiqamətində keçirilən tədbirlər nəticəsində sahil xəttində aşkar olunmuş qutulara baxış zamanı ümumilikdə 23 998 ədəd müxtəlif adda siqaret, …

Read More »

Qəzza zolağında 215 girov qalıb

“Qəzza zolağında 215 girov qalıb”. Boyukmillet.com xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun nümayəndəs Doron Spilman “X” səhifəsində bildirib. O əlavə edib ki, qalan girovların vəziyyətindən İsrail hökumətinin məlumatı yoxdur. Doron Spilman girovların bəzilərinin öldürülə biləcəyini də söyləyib. Xatırladaq ki, noyabrın 24-də 4 günlük humanitar atəşkəsin ilk günündə İsrail və HƏMAS əsirləri dəyişdirib. Razılaşmaların şərtlərinə görə, İsrail hər girov üçün …

Read More »

Bu gün Kəlbəcər Şəhəri Günüdür, rayonun azadlığa qovuşmasından 3 il ötür

Bu gün – noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür. Boyukmillet.com-un xəbərinə görə, Azərbaycanda Kəlbəcər Şəhəri Günü ilk dəfədir qeyd olunur. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən üç il ötür. Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, …

Read More »

Azərbaycan nefti 1 dollar bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1 ABŞ dolları, yaxud 1,18 % artaraq 85,66 ABŞ dolları təşkil edib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 81,42 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. …

Read More »