18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün beşinci oyununa çıxacaq. Boyukmillet.com xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Polşa ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:30-da başlanacaq. U-18 ilk dörd turda Latviya, Ukrayna, Estoniya və Litvaya 0:3 hesabı ilə uduzub. Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək …
Read More »Zəngilanda 18 mina, 8 silah aşkarlanıb
Zəngilan rayonunda 18 mina, 8 silah aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Keçikli kəndi ərazisində xidmətdə olan zaman 5 avtomat, 1 pulemyot, 1 qumabaraatan, 1 snayper tüfəngi, 18 piyada əleyhinə mina aşkar edib və müvafiq qaydada götürüb. Faktla bağlı araşdırma aparılır.
Read More »İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs başlayıb
İsraillə HƏMAS arasında 4 günlük müvəqqəti atəşkəs rejimi noyabrın 24-ü saat 9-dan (Bakı vaxtı ilıə – red) başlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “TRTHaber” yayıb. Bildirilib ki, əldə edilən razılaşmaya əsasən, 13 nəfərdən ibarət ilk girov noyabrın 24-də saat 18-də Qəzza Zolağından çıxarılacaq. Qeyd edək ki, HƏMAS 150 fələstinli məhbusun əvəzində Qəzza zolağında saxlanılan 50 girovu azad edəcəyinə söz verib. …
Read More »Premyer Liqa: “Qarabağ” “Sabah”ın qonağı olacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək. Boyukmillet.com xəbər verir ki, günün yeganə matçında “Qarabağ” “Sabah”ın qonağı olacaq. “Bank Respublika Arena”da gerçəkləşəcək qarşılaşma saat 20:00-da başlayacaq. Meydan sahibləri 16 xalla 7-ci pillədə qərarlaşıblar. Ağdam təmsilçisi isə 26 xalla ikincidir. Azərbaycan Premyer Liqası XIV tur 20:00. “Sabah” – “Qarabağ”Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev.Hakim-inspektor: …
Read More »Gəncədə ata və oğlu itkin düşüb
Gəncədə ata və oğlu itkin düşüb. Boyukmillet.com xəbər verir ki, 1971-ci il təvəllüdlü Nəriman Əliyev və oğlu 2008-ci il təvəllüdlü Rəvan Əlizadə noyabrın 22-də günorta saatlarında yaşadıqları evdən çıxaraq naməlum istiqamətə gedib itkin düşdükləri bildirilib. Faktla bağlı Gəncə şəhər 2-ci Polis Şöbəsində araşdırma aparılır.
Read More »Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,49 ABŞ dolları, yaxud 1,79 % artaraq 84,66 ABŞ dolları təşkil edib. Bu barədə “Report“a neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 81,38 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal …
Read More »Yardımlıda dərədən silah-sursat aşkarlanıb
Yardımlı Rayon Polis Şöbəsinə rayonun Telavar kəndi ərazisindəki dərədən silah-sursat tapılması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə torbanın içərisindən 1 ədəd “AKS-74U” markalı avtomat, həmin silaha aid 5 ədəd daraq, 2 ədəd əl qumbarası, 504 ədəd müxtəlif çaplı patronlar aşkarlanaraq götürülüb. Bundan …
Read More »Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana işgüzar səfərə gəlib
Qırğız Respublikasının Prezidenti Sadır Japarov noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğızıstan Prezidenti Sadır Japarovu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.
Read More »Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana işgüzar səfərə gəlib
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Tacikistan Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.
Read More »Bu gün Bakıda SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək
Bu gün Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək. Boyukmillet.com xəbər verir ki, sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak edəcəklər. Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar