Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Macarıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanın suverenliyinin bərpası, regionda vəziyyətin sabitləşməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Boyukmillet.com xəbər verir ki, o, bunu noyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib. V.Orban, həmçinin SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə dövlət başçısına təşəkkürünü bildirib. Prezident İlham Əliyev Azərbaycan ilə Macarıstan arasında əlaqələrin və dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluğunu …

Read More »

Azərbaycan XİN Ermənistanla sərhəddə delimitasiyası üzrə komissiyanın iclasının noyabrın 30-da keçiriləcəyini təsdiqləyib

“Əldə olunan razılaşmaya əsasən, noyabr ayının 30-da Azərbaycan ilə Ermənistan arasında sərhəd bölgəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti 5-ci iclası keçiriləcək”. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. Qeyd edək ki, bu …

Read More »

Prezident tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planını təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərin rəqabətqabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yüklərin cəlb olunması məqsədilə qərara alınır: – “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin …

Read More »

Azərbaycanın İranla dövlət sərhədində yeni buraxılış məntəqələri inşa olunacaq

Azərbaycanın İranla dövlət sərhədində yeni buraxılış məntəqələri inşa olunacaq. Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda əksini tapıb. Qeyd edilib ki, Zəngilan rayonunun Ağbənd qəsəbəsində, Naxçıvan Muxtar Respublikasının ərazisində və Astara rayonunda dövlət sərhədində yeni buraxılış məntəqələrinin inşasına …

Read More »

Bu jurnalistlər də polisə çağırıldı

Jurnalistlər Nərgiz Absalamova və Sahilə Aslanova Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, jurnalistlər iki gün əvvəl həbs olunan “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızına qarşı açılan cinayət işi ilə bağlı ifadə vermək üçün polis idarəsinə çağırılıb.

Read More »

Gələn ildən TDQB-yə Azərbaycan rəhbərlik edəcək

Vüqar Oruc: “Türk Dövlətləri Qiymətləndiricilər Birliyi beynəlxalq təşkilat kimi qeydiyyatdan keçəcək” Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətləri üzv, Rusiya, Rumıniya, Makedoniya və Belarus qiymətləndiriciləri isə qonaq qismində iştirak ediblər.  Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) vitse-prezidenti Vüqar …

Read More »

Ədliyyə orqanlarının 105 illiyi Penitensiar xidmətdə qeyd olundu

Azərbaycan ədliyyə orqanlarının yaranmasının 105 illiyi və 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı münasibətilə Penitensiar xidmətin Baş idarəsində tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə Heydər Əliyevin 100 illiyi münasibətilə inşa edilmiş yeni muzeydə Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyulub. Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov əməkdaşları peşə bayramı münasibətilə təbrik edərək, …

Read More »

İƏT-in Baş katibi Azərbaycanı təbrik edib

“Azərbaycanı suverenliyini tam bərpa etməsi ilə bağlı təbrik edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha İƏT Əmək Nazirləri Konfransının Nazirlər Sessiyasında çıxışında deyib. “İƏT baş katibi olaraq Azərbaycanın suverenliyi ilə bağlı haqq işinə dəstək verirəm”, – o vurğulayıb. Konfransın əhəmiyyətindən danışan Baş katib, onun İƏT daxilində əməkdaşlığı nəzərdən keçirmək üçün əlverişli fürsət …

Read More »

Prezident: “İƏT Azərbaycanın haqq işini, ərazi bütövlüyünü daim və ardıcıl surətdə dəstəkləyib”

“İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzünü və işğalçı siyasətini hər zaman pisləmiş, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə Azərbaycanın haqq işini, ərazi bütövlüyünü daim və ardıcıl surətdə dəstəkləmişdir. Buna görə İƏT-ə üzv dövlətlərə minnətdarlığımızı bildiririk”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv …

Read More »

ABŞ-nin Bakıdakı səfirliyi bağlı olacaq

ABŞ-nin Azərbaycandakı səfirliyi Şükran Günü ilə bağlı noyabrın 23-də bağlı olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib. Bildirilib ki, səfirlik bayramla əlaqəli bağlı olacaq və cümə günü-noyabrın 24-dən normal fəaliyyətini bərpa edəcək.

Read More »