Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Qəzzada quru əməliyyatı nəticəsində İsrail ordusunun itkiləri 69-a çatıb

Oktyabrın 27-də quru əməliyyatı başlayandan bəri Qəzza zolağında HƏMAS-la döyüşlərdə İsrail ordusunun itkiləri 69 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb. Son 24 saat ərzində Qəzza zolağının şimalında bir İsrail hərbçisi ölüb, digəri isə ağır yaralanıb. Qeyd edək ki, oktyabrın 7-dən bəri İsrail ordusunun ümumi itkiləri 390 nəfərə çatıb.

Read More »

Rusiya ilk gündən buna çağırış edirdi – Zaxarova

Moskva İsrail və HƏMAS arasında 4 günlük humanitar fasilə barədə razılaşmanı alqışlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Moskva İsrail və HƏMAS arasında 4 günlük humanitar fasilə barədə razılaşmanı alqışlayır. Münaqişənin eskalasiyası başlayandan bəri Rusiya məhz buna çağırış edirdi. Qətərin beynəlxalq ictimaiyyətin gərginliyin azaldılması çağırışının praktiki həyata keçirilməsinə yönəlmiş xüsusi səylərini alqışlayırıq”, …

Read More »

Ukrayna ordusu Krım yarımadasına növbəti dəfə hücum edib

Ukrayna ordusu Krım yarımadasına növbəti dəfə hücum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Krım yarımadasına doğru hərəkət edən Ukraynaya məxsus 4 pilotsuz kater Qara dənizdə aşkar edilərək məhv olunub. Hücum cəhdinin nəticələri və təfərrüatları hələ ki məlum deyil. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. …

Read More »

Şəkidə 4-ü avtomat olmaqla 31 odlu silah müəyyən olunaraq götürülüb

əki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 25 gün ərzində keçirilən silsilə əməliyyat tədbirləri və aparılan profilaktiki tədbirlər nəticəsində vətəndaşlardan qanunsuz olaraq saxladıqları ümumilikdə 31 odlu silah aşkar olunaraq götürülüb. Boyukmillet.com xəbər verir ki, həmin 31 odlu silahdan 4-ü “Kalaşnikov” markalı avtomat, 1-i “Makarov” markalı tapança, 2-si “TOZ” markalı yivli tüfəng, 24-ü isə müvafiq icazələri olmadan saxlanılan müxtəlif markalı …

Read More »

ABŞ dövlət katibi yenidən İsrailə gedəcək

ABŞ dövlət katibi Antoni Blinken gələn həftənin əvvəlində İsrailə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, səfərin məqsədi Qəzzada davam edən döyüşlərlə bağlı danışıqlar aparmaqdır. Xatırladaq ki, A.Blinken sonuncu dəfə noyabrın 3-də İsraildə olub. Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə bu il oktyabrın 7-də başlayıb.

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.11.2023)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,5 % azalaraq 1,8552 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0193 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1,70001 Avro1,85521 Rusiya rublu0,01931 Avstraliya dolları1,11421 Argentina pesosu0,00481 Belarus rublu0,51611 Braziliya rialı0,34701 BƏƏ dirhəmi0,46291 Cənubi Afrika randı0,0913100 Cənubi Koreya vonu0,13131 Çexiya kronu0,0756100 Çili pesosu0,19541 Çin yuanı0,23821 Danimarka …

Read More »

Laçına daha 21 ailə yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Boyukmillet.com xəbər verir ki, noyabrın 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə – 81 nəfər köçürülür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində …

Read More »

Ağdaşda avtomobil velosipedçini vuraraq öldürüb

Ağdaş rayonunda avtomobil velosipedçini vuraraq öldürüb. Boyukmillet.com xəbər verir ki, hadisə Qəbələ-Ağdaş magistral yolunun, Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Ağdaş sakini Nicat Abdullayevin idarə etdiyi “VAZ-21065” minik markalı avtomobili ilə yolu keçən velosipedçi, 1977-ci il təvəllüdlü Ağdaş sakini Zaur Süleymanovu vurub. Yaralı xəstəxanaya yerləşdirilib, lakin aldığı xəsarətlər səbəbindən noyabrın 21-də ölüb. Faktla bağlı …

Read More »

Gəncədə 14 yaşlı yeniyetmə itkin düşüb

Gəncədə 14 yaşlı yeniyetmə itkin düşüb. Boyukmillet.com xəbər verir ki, Ələddin Səmədov nəvəsi, 2009-cu il təvəllüdlü Orxan Səmədovun noyabrın 18-də yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşdüyünü bildirib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Read More »

Azərbaycan neftinin qiyməti 86 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,13 ABŞ dolları, yaxud 1,3 % azalaraq 85,73 ABŞ dolları təşkil edib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 82,34 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. …

Read More »