Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Goranboyda qanunsuz torpaq daşınması faktı aşkarlanıb

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yer təkinin istifadə qaydalarının pozulmasına qarşı monitorinq tədbirləri həyata keçirib. “Report”un qərb bürosu xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional idarəsinin əməkdaşlarının birgə keçirdikləri sonuncu reyd zamanı rayonun Veysli kəndi ərazisində qanunsuz olaraq “KAMAZ” markalı yük avtomobili ilə torpaq daşınması aşkarlanıb. Faktla bağlı 2 nəfər …

Read More »

İraqda ABŞ-nin hərbi bazasına raket hücumu olub

İraqın Ənbar əyalətinin Ayn-əl-Asad rayonunda ABŞ-nin hərbi bazası raket hücumuna məruz qalıb. Boyukmillet.com  xəbər verir ki, məlumatı “Sky News Arabia” telekanalı yayıb. Məlumata görə, ABŞ bazasına hücum noyabrın 21-də səhər saatlarında edilib. Hadisə nəticəsində dəyən ziyan və itkilər barədə informasiya verilməyib. “İraq İslam müqavimət” hərəkatı noyabrın 20-də axşam saatlarında Birləşmiş Ştatların Ayn-əl-Asad bazasına PUA ilə hücum etdiyini bildirmişdi.

Read More »

Vətəndaşlardan avtomat, qumbara və sursat götürülüb

Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında polis əməkdaşlarına qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilib. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, noyabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 2 ədəd qumbara, 4 ədəd trotil şaşka, 184 ədəd döyüş sursatı, 7 ədəd alışdırıcısı, 16 fişəng, 7 patron darağı, 76 ədəd müxtəlif çaplı patron və …

Read More »

Qeyri-sabit hava şəraiti noyabrın 22-si səhərədək davam edəcək

Azərbaycanda qeyri-sabit hava şəraiti noyabrın 22-si səhərədək davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Qeyd edək ki, noyabrın 21-i saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Read More »

İlham Əliyev: “Bəşəriyyətin müstəmləkə tarixində olan ən qanlı səhifələri Fransaya məxsusdur”

“Hazırda Fransa 13-dən çox ərazini müstəmləkə kimi saxlayır və onların daxili işlərinə müdaxilə edir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətində yer alıb. “Bəşəriyyətin müstəmləkə tarixində olan ən qanlı səhifələri Fransaya məxsusdur. Fransa uzun illərdir ki, insanların var-dövlətini …

Read More »

Azərbaycan lideri Fransanı müstəmləkəçiliyə görə üzr istəməyə çağırıb

“Fransa öz müstəmləkəçilik tarixindən üzr istəməlidir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı” mövzusunda konfransın iştirakçılarına müraciətində yer alıb. Dövlət başçısı qeyd edib ki, Fransa digər ölkələrdə etnik təmizləmə siyasəti həyata keçirir: “Bu görüş bir daha sübut edir ki, müstəmləkəçiliyə qarşı mübarizə çox …

Read More »

Baş nazir hərbçilərin yeni maaşları ilə bağlı Müdafiə Nazirliyinə tapşırıq verib

Müdafiə Nazirliyi 15 gün müddətində hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2342 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb. Sərəncamla Müdafiə Nazirliyi Ədliyyə Nazirliyi, …

Read More »

Qazaxıstan Prezidenti Azərbaycana səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 24-də Azərbaycana işgüzar səfərə gələcək. Boyukmillet.com  xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Qazaxıstan dövlət başçısı BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək sammitində iştirak edəcək.

Read More »

Yeni Azərbaycan Partiyasının yaradılmasından 31 il ötür

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 31 il ötür. Boyukmillet.com xəbər verir ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O …

Read More »

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən “Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı” mövzusunda konfransın iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətin mətnini Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Read More »