Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycanda halal dərmanların hansı qaydada istehsal ediləcəyi məlum olub – EKSKLÜZİV

“Halal dərman vasitələri dedikdə, sözügedən dövlət standartına cavab verən və həmin standarta uyğunluğu təsdiqləyən sertifikatı olan dərman vasitələri nəzərdə tutulur”. Bunu “Report”un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Yüngül sənaye sahəsinin standartlaşdırılması şöbəsinin müdiri Sehranə Rzayeva deyib. O bildirib ki, halal dərman tərkibində İslam qaydalarına uyğun olaraq icazə verilən …

Read More »

MİT PKK-nin rəhbərliyində təmsil olunan terrorçunu məhv edib

Türkiyə Milli Kəşfiyyat İdarəsi İraqın şimalındakı Süleymaniyə bölgəsində yeni əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. Bildirilib ki, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının rəhbərlərindən biri Gülsüme Doğan məhv edilib. “Jiyan Mardin” kod adlı terrorçu təşkilata xərac toplayır və yeni üzvlər cəlb edirdi.

Read More »

İrəvan və Brüssel Azərbaycanla sərhəddə Aİ müşahidə missiyası ilə bağlı sənəd imzalayıblar

İrəvan və Brüssel Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının (Aİ) müşahidə missiyası ilə bağlı saziş imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Bildirilib ki, sənəd Ermənistan-Azərbaycan sərhədində Aİ-nin müşahidə missiyasının statusu ilə bağlıdır. Qeyd edək ki, ötən il oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib. Missiya bu ilin fevralında fəaliyyətə başlayıb. …

Read More »

İsmət Qayıbovun oğlu atasının öldüyü faciə ilə bağlı cinayət işinin açılmasını istədi

“Ümid edirəm ki, Qarakənd facisi ilə bağlı cinayət işi yenidən açılar, haqq-ədalət öz yerini tapar”. Sitat.info xəbər verir ki, bunu “Report”a açıqlamasında 1991-ci ildə Qarakənd səmasında ermənilər tərəfindən vurulan helikopterdə olan mərhum baş prokuror İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov deyib. O, təəssüf hissi ilə işğaldan azad edilən əraziləri hələ ziyarət edə bilmədiyini bildirib. “Bu 32 ildə həsrətlə baxdığımız Qarabağa və …

Read More »

Ombudsman: “Azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi uşaqların həyatını təhlükə altına qoyur” – MÜSAHİBƏ

İşğaldan azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi bərpa-quruculuq işlərini ləngidir və mülki əhalinin, o cümlədən uşaqların həyatını təhlükə altına qoyur” Bunu “Report”a müsahibəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib. Ombudsmanın müsahibəsini təqdim edirik: – Son dövrlər ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində hansı işlər görülüb? – Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi, onların hərtərəfli qayğı ilə əhatə olunması dövlət siyasətində prioritet istiqamətlərdəndir. …

Read More »

Azərbaycanda səfərdə olan İraq Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də rəsmi qarşılanma mərasimi olub. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İraq Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İraq Prezidentinə raport verib. Prezident Əbdüllətif Camal Rəşid Azərbaycan əsgərlərini salamlayıb. …

Read More »

Qoşulmama Hərəkatının qadın platforması təsis olunacaq

“Qoşulmama Hərəkatı qadınların hüquqlarının müdafiəsi sahəsində vacib rol oynamaq imkanına malikdir. Qoşulmama Hərəkatının Qadınlar Platformasının təsis edilməsi bu istiqamətdə fəaliyyətə müsbət təkan verəcəkdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransının iştirakçılarına ünvanladığı müraciətdə əksini tapıb. O bildirib ki, Qoşulmama Hərəkatına sədrliyimizin sonu yaxınlaşmaqdadır: …

Read More »

Prezident: “Qoşulmama Hərəkatına sədrliyimizin uzadılması Hərəkat çərçivəsində fəaliyyətimizə verilən yüksək qiymətin göstəricisidir”

“Qoşulmama Hərəkatına sədrliyimizin müddətinin yekdilliklə 2023-cü ilə qədər bir il daha uzadılması Azərbaycanın Hərəkat çərçivəsində fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev Hərəkatın “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciətində deyib. “Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən …

Read More »