Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Estoniyanın Baş naziri müəllimlərdən üzr istəyib

Estoniyanın baş naziri Kaya Kallas avtomobil vergisi ilə bağlı yersiz ifadələrə görə maaşların artırılmasını tələb edən müəllimlərdən üzr istəyib. Boyukmillet.com xəbər verir ki, o, dövlətin maaşlarını artıra bilməsi üçün tətil zamanı avtomobil vergisini təşviq etməyi xahiş etməklə müəllimləri incitdiyini başa düşdüyünü vurğulayıb. Kallasın sözlərinə görə, onun ifadəsi yersiz olub və eyni zamanda işə aidiyyəti olmayıb.

Read More »

ABŞ-nin İraqdakı hərbi bazası atəşə tutulub

ABŞ-nin İraqın Anbar əyalətindəki Ayn-Əl-Əsəd bazasına hücum törədilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Shafaq News” məlumat yayıb. Bildirilib ki, hərbi baza minaatan atəşinə tutulub. Məlumata əsasən, hərbi obyektin ərazisinə azı iki mərmi düşüb. Dəymiş zərər və ya hücumu törədənin kimliyi hələlik açıqlanmayıb.

Read More »

Azərbaycanda Konstitusiya Günü qeyd edilir

Noyabrın 12-si Azərbaycan Respublikasının əsas qanununun – Konstitusiyanın qəbul edildiyi gündür. Boyukmillet.com xəbər verir ki, ölkə Konstitusiyası 28 il əvvəl – 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına …

Read More »

Azərbaycan “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” konvensiyadakı dəyişikliklə bağlı Protokola qoşulub

Azərbaycan Respublikası “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair 2014-cü il aprelin 4-də Monreal şəhərində imzalanmış Protokola qoşulub. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.Azərbaycanın sənədə qoşulmasında məqsəd hava gəmilərində nizam-intizamın təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və yurisdiksiyanın tənzimlənməsidir.

Read More »

TÜRKSOY-un Baş katibi İlham Əliyevi təbrik edib

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com-un məlumatına görə, məktubda deyilir: “Möhtərəm cənab Prezident! Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi təbriklərimi və dərin ehtiramımı çatdırıram. Azərbaycanın işğal altındakı torpaqlarının 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsi bütün Türk …

Read More »

Prezident Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsini təsdiqləyib

Prezident İlham Əliyev Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə verilməsinə dair qanunu imzalayıb. Boyukmillet.com xəbər verir ki,bununla da “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanuna təklif olunan dəyişiklik təsdiqlənib.Qanunla Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati …

Read More »

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən ölkəmizdə, eləcə də Türkiyə, Macarıstan, Avstriya , Estoniya və Gürcüstanda 8 Noyabr – Zəfər Günü və 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Böyük qürur və iftixar rəmzi olan Zəfər Günü və Bayraq Gününə həsr olunan tədbirlərdə azərbaycanlı və əcnəbi tələbələr, …

Read More »

ABŞ Azərbaycana yeni səfir göndərir

Amerika Birləşmiş Ştatları (ABŞ) Senatı noyabrın 8-də prezident Co Baydenin (Joe Biden) diplomat Mark Libbinin (Mark Libby) bu ölkənin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini irəli sürməsini dəstəkləyib. Ötən ilin yayından, Li Litsenberqerin (Lee Litzenberger) bu postdan getməsindən bəri ABŞ-ın Azərbaycanda səfiri olmayıb. Bayden Libbinin namizədliyini keçən ilin mayında irəli sürüb, o vaxtdan Senat onun namizədliyini təsdiqləməmişdi. “Onu şəxsən tanımasam da, böyük təcrübəsi var, …

Read More »

Türkiyə parlamentinin sədri: “Üçüncü Dünya müharibəsi artıq başlayıb”

“Dünyada siyasi təzadlar artır. Bu, daha böyük toqquşmaların başlanğıcı ola bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Əsrin İşadamları Dərnəyinin toplantısında çıxışı zamanı deyib. O bildirib ki, Birinci və İkinci dünya müharibəsinin əsas səbəbi siyasi ambisiyalar idi: “Üçüncü Dünya müharibəsi isə artıq çoxdan başlayıb. Yaxın Şərqəki müharibə birdən-birə başlamadı”. N.Kurtulmuşun sözlərinə görə, dünyada siyasi …

Read More »

Bakının Əbdülvahab Salamzadə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah səhər saat 8:00-dan axşam saat 17:00-dək Bakının Əbdülvahab Salamzadə küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsində yerləşən yoltürücüsündə təmir işləri aparılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, bununla əlaqədar olaraq qeyd olunan vaxt müddətində yolötürücüsünə giriş Xutor tuneli istiqamətində məhdudlaşdırılacaq. Agentlik sürücülərə təmir işlərinin aparıldığı müddət ərzində müvəqqəti olaraq Əbdülvahab Salamzadə küçəsinin …

Read More »