Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Avropa Azərbaycanlıları Konqresinin Kiyev toplantısı keçirilir FOTOLAR

Boyukmillet.com: Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində Avropa Azərbaycanlıları Konqresinin Kiyev toplantısı keçirilir. SİA-nın Şərqi Avropa ölkələri və Ukrayna bürosunun verdiyi məlumata görə, tədbirdə Diasporla iş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimov, Avropa Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvləri, Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndələri, Azərbaycan diasporunun fəal üzvləri və bir sıra yerli rəsmi dövlət orqanlarının nümayəndələri də iştirak edir.

Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin Kiyev şəhərində ucaldılmış abidəsi önünə tər çiçəklər qoymaqla dahi öndərə hörmət və ehtiramlarını bildiriblər.

Sonra Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Ukrayna Ali radasında, Ukrayna parlament təmsilçiləri ilə Avropa Azərbaycanlıları Konqresinin nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan icmaları ilə Ukrayna icmaları arasında qarşılıqlı dostluq əlaqələrinin qurulması, hər iki tərəfin Avroatlantik məkana inamlı inteqrasiya siyasətinin yürüdülməsində birgə layihələrin həyata keçirilməsi, xüsusən də Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporunun sözügedən ölkələrin ictimai-siyasi, mədəni həyatına inteqrasiya məsələləri geniş müzakirə obyekti olub.

Tədbirdə çıxış edən BUAK və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev çıxış edərək Ukrayna ilə Azərbaycan arasında tarixi dostluq əlaqələrindən söz açıb. Tarix boyu böyük imperiya dövlətləri tərəfindən böyük məşəqqətlərə məruz qalan hər iki xalqın təmsilçilərinin dünyanın harasında yaşamasından asılı olmayaraq biri birilərinə dəstək vermələri xüsusi vurğulanıb.

Tədbirdə Diasporla iş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimov, Ukrayna Azərbaycan parlamentlər arası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy və Ukrayna parlamentinin digər üzvləri də çıxış edərək, beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan ölkələrimizin dünya miqyasında biri birilərinə dəstək vermələrinin tarixi zəruriyyətini xüsusi vurğulayıblar.

Əlmaniz Ələkbərli

Şərqi Avropa ölkələri və Ukrayna bürosu

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir