Çərşənbə , 26 Mart 2025
Drone Cameras

Azərbaycanda yanacağın qiyməti bahalaşdı

“Azpetrol” LPG (maye qaz) yanacağın satış qiymətini qaldırıb.

Boyukmillet.com xəbər verir ki, əvvəl 1 l. 45 qəpiyə olan maye qaz hazırda 65 qəpiyə satılır.

“Azpetrol”dan qiymət artımı ilə bağlı məlumatı təsdiq ediblər.

Qeyd edək ki, son bir ayda avtomobillərin işlətdiyi LPG (maye qaz) təchizatında qıtlıq kəskinləşib. Bildirilir ki, bu da bir tərəfdan tələbatın artımı, digər tərəfdən isə Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan dövri təmir işləri ilə bağlı olub.

Xeyli müddətdirki ölkəmizdə bir çox yanacaq doldurma məntəqələrində LPG-nin satışı həyata keçirilmir.

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …