Çərşənbə , 29 May 2024
Drone Cameras

Azərbaycan Prezidenti: “Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək”

“Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib.

Dövlət başçısı deyib ki, inşaat işlərində, yol çəkilişi işində Türkiyə şirkətləri bizimlə bərabər çalışır: “Türkiyə şirkətlərinə minnətdarıq ki, qısa müddət ərzində böyük işlər görür. Yolların artıq bir hissəsi hazır vəziyyətdədir, dəmir yolları, eyni zamanda 33 tunelin inşası nəzərdə tutulub, onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumi uzunluğu 50 km-dən çoxdur. 84 körpü inşa ediləcək. Onların bir qismi inşa edilib. Körpülərin uzunluğu 12 km-dir. Bu ancaq birinci mərhələdə görüləcək və görülən işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik”.

Check Also

Prezident və birinci xanım Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda “Crescent Bay” layihəsinin …