Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Tərtərdə iki minik avtomobili toqquşaraq mikroavtobusa çırpılıb, ölən və yaralananlar var

Tərtər rayonunda bir nəfərin ölümü, daha bir neçə nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, “Kia” və “Pirus” markalı minik avtomobilləri toqquşaraq yolun kənarında dayanan mikroavtobusa çırpılıb.

Hadisə nəticəsində bir nəfər ölüb, 10-dan çox adam isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda ölən və yaralıların kimliyi, eləcə də hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …