Bazar , 19 May 2024
Drone Cameras

Azərbaycan və Qırğızıstan mülki aviasiyada əməkdaşlığı müzakirə edib

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti (AZAL) Cahangir Əsgərov Qırğızıstanın baş nazirinin müavini Bakıt Torobayev görüşərək onunla mülki aviasiya sahəsində gələcək əməkdaşlığın məqsəd və vəzifələrini müzakirə edib.

Boyukmillet.com xəbər verir ki, tərəflər əməkdaşlığın səmərəliliyinin artırılması ideyalarını nəzərdən keçirib, həmçinin ölkələr arasında hava əlaqələrinin açılması üçün müəyyən tədbirləri təyin edib.

C.Əsgərov qeyd edib ki, aviasiya sahəsində səmərəli əməkdaşlıq ölkələr arasında qarşılıqlı münasibətləri əhəmiyyətli dərəcədə möhkəmləndirəcək, onların iqtisadi, mədəni və turizm əlaqələrinin inkişafına töhfə verəcək.

B.Torobayev Azərbaycanın mülki aviasiya sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və bu sahədə ölkələr arasında ikitərəfli əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini bildirib. Onun sözlərinə görə, tərəfdaşlıq ölkələr arasında işgüzar və turizm əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərəcək.

Check Also

Cavanşir körpüsünün söküləməsi ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Mayın 20-də saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Boyukmillet.com xəbər verir ki, …