Bazar , 10 Dekabr 2023

Azərbaycan Çindən tut ağacı tingləri alır

Noyabrın 25-27-də Çindən Azərbaycana 1,5 mln. ədəd tut ağacı tingi gətiriləcək. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Onun sözlərinə görə, bu addım ölkədə baramaçılığın inkişafı üçün atılır: “Tender elan etmişdik və Çin şirkəti qalib olub. Son nəticədə onlardan 1,5 mln. tut ağacı tingi alacağıq”.

H.Əsədov qeyri-neft sektorunun digər aparıcı sahəsi – pambıqçılıq barədə də danışıb və son günlər yağan intensiv yağışların bu sahəyə ziyan vurduğunu deyib: “Kombaynları tam alıb gətirməyimizə baхmayaraq, son günlər yağan yağışlar işlərimizə mane olur. Deyə bilərəm ki, pambıq sahələrində işlər tam dayanıb. Bu günə qədər 44 min ton pambıq yığılıb”.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir