Bazar ertəsi , 14 Oktyabr 2024
Drone Cameras

Azərbaycan jurnalist Fuad Abbasova görə Rusiyaya nota verib

 

“Jurnalist Fuad Abbasovun Rusiyadan baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, səfirliyin Konsulluq şöbəsinin əməkdaşları onunla hər gün əlaqə saxlayırlar”.

Bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib. 

Bildirilib ki, iyunun 11-də səfirliyin əməkdaşları F.Abbasovla növbəti dəfə görüş keçirib, şəraiti ilə yaxından tanış olublar.

Diplomatik nümayəndəlikdən verilən məlumata görə, bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə müvafiq nota göndərilib və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb: “Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək.

Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, səfirlik məsələni nəzarəti altında saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür”.

İqbal Rüstəmov

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir