Çərşənbə axşamı , 15 Oktyabr 2024
Drone Cameras

Azərbaycanlı jurnalistdən Paşinyana sillə kimi suallar – VİDEO

Azərbaycanlı jurnalistdən Paşinyana sillə kimi suallar – VİDEO

“Real” TV-nin Moskva müxbirinin sualları Rusiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanı çətin vəziyyətə salıb.

boyukmillet.com xəbər verir ki, Moskvada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi mətbuat konfransına qatılan “Real” TV-nin Rusiya bürosunun əməkdaşı İqbal Rüstəmov İrəvanın Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yürütdüyü blef siyasətini işğalçı ölkə rəhbərinin üzünə çırpıb. Paşinyana bir neçə sual ünvanlayan Rüstəmov əvvəlcə İrəvanın “konstruktiv mövqe” haqda bəyanatlarına baxmayaraq, Ermənistan ordusunun cəbhə xəttində təxribatlarını davam etdirdiyini və bunun nəticəsində hətta ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı Azərbaycan hərbçilərinin snayper atəşi ilə öldürüldüyünü xatırladıb: “Bir tərəfdən danışıqlarda konstruktiv mövqe tutduğunuzu deyirsiz, digər tərəfdən isə insanlar həlak olur. Bunu necə izah edərdiz?”

Rüstəmovun Paşinyana ünvanladığı növbəti sual isə konkretliyi ilə seçilib: “Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərindən nə vaxt çəkiləcək?”

Azərbaycanlı jurnalistin sonuncu sualı isə rəsmi Bakının tühlükəsizliyinə yüksək səviyyədə təminat verdiyi London “Arsenal”ının erməni futbolçusu Henrix Mxitaryanın Azərbaycana gəlməməsinin səbəbləri ilə bağlı olub. Cavaba sonuncu sualdan başlayan Paşinyan məsələnin mahiyyətindən yayınmağa çalışaraq, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmadığını xatırladaraq, uğursuz müqayisəyə cəhd göstərib.

Paşinyan iyunun ilk ongünlüyündə Azərbaycan hərbçilərinin ermənilərin snayper atəşi ilə qətlə yetirilmələrinin məsuliyyətini də öz üzərindən atmağa çalışıb. Baş nazir işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasına dair suala isə “Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin yeganə qarantıdır” cavabını verməklə kifayətlənib.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir