Şənbə , 27 Aprel 2024
Drone Cameras

Azərbaycan Milli Anti-Dopinq Agentliyinin əməkdaşları 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında çalışacaq

“Azərbaycan ötən il Ümumdünya Antidopinq Agentliyinin tələblərinə uyğun olmayan ölkə kimi göstərilmişdisə, bu il Cənubi Koreyadakı iclasda ölkəmizin adı 3 dəfə müsbət mənada çəkildi. Bunu özümüz üçün böyük nailiyyət hesab edirik”. “Report”un məlumatına görə, bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli deyib.

O bildirib ki, gələn ilin noyabrında WADA İcraiyyə Komitəsinin iclası Bakıda keçiriləcək.

Ş.Hüseynlinin sözlərinə görə, AMADA-nın 2 əməkdaşı – maarifləndirmə və dopinq nəzarəti inspektoru 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında çalışacaq.

O vurğulayıb ki, dopinqə qarşı mübarizəni gücləndirmək məqsədilə qanunvericilik layihəsi hazırlanıb. Sənədə Milli Məclisin yaz sessiyasında baxılması və dopinq vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndiriləcəyi, cinayət məcəlləsinə müvafiq dəyişikliyin ediləcəyi gözlənilir: “Ölkədə anti-dopinq siyasətini aparmaq üçün işlər yetərli deyil. Bu səbəbdən, hazırda dövlət qurumları və idman təşkilatları ilə əməkdaşlıq müqavilələri imzalanır. Yaxın vaxtlarda Daxili İşlər Nazirliyi ilə də əməkdaşlıq memorandumu bağlanılacaq. Ölkədən giriş-çıxış məsələləri çox vacibdir. Artıq idmançılar ölkədə olub-olmadıqlarına dair düzgün məlumat vermədikdə, Dövlət Sərhəd Xidmətindən dəqiq məlumat ala biləcəyik. Milli Olimpiya Komitəsi ilə də sıx əməkdaşlıq edirik. Gənclər və İdman Nazirliyindən bizə çox böyük dəstək var”.

 

Boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir