Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Oktyabrda Türkiyə Azərbaycandan 463 milyon kubmetr təbii qaz idxal edib

Bu ilin oktyabr ayında Türkiyə Azərbaycandan 463 milyon kubmetr təbii qaz idxal edib.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. ümumilikdə cari ilin yanvar-oktyabr aylarında isə Azərbaycandan Türkiyəyə təxminən 5,2 milyard kubmetr təbii qaz ixrac olunub.

Cari ilin sentyabrında isə Türkiyə Azərbaycandan 519 milyon kubmetr təbii qaz idxal etmişdi. Bununla da, sentyabrda Azərbaycan Türkiyənin ən çox təbii qaz idxal etdiyi ikinci ölkə olmuşdu.

Oktyabrda Türkiyə boru kəmərləri ilə ümumilikdə 3 milyard 641 milyon kubmetr, LNG terminalları vasitəsilə isə 495 milyon kubmetr təbii qaz idxal edib. Türkiyənin oktyabrda ən çox təbii qaz idxal etdiyi ölkə 2,17 milyard kubmetr ilə Rusiya, ikinci sırada 581 milyon kubmetr ilə İran, üçüncü yerdə isə Azərbaycan (463 milyon kubmetr) olub.

Qeyd edək ki, Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) ilə idxal edir. Cari ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülük gücü təqribən 20,1 milyon kubmetr qaz olub. 2006-cı ilin sonlarında istismara verilən bu boru kəməri hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzCQBK” (10 faiz), “SNG Midstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz). (azertac)

 

Boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir