Şənbə , 27 İyul 2024
Drone Cameras

Mixeil Canelidze: Azərbaycan-Gürcüstan əməkdaşlığı region üçün vacib və konkret nəticələr verib

Gürcüstan Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişafı sahəsində çox böyük nailiyyətlər əldə edib. Biz nümunəvi qonşuluq və əməkdaşlıq edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin qurulmasının 25 illiyinə həsr olunan tədbirdə söyləyib.

Nazir bildirib ki, bizim əməkdaşlığımız təkcə ölkələrimiz üçün deyil, bütövlükdə region üçün vacib və konkret əhəmiyyəti olan nəticələr verib. Biz ən vacib strateji layihələri hazırladıq. Bu layihələr Avropa ilə Asiyanı birləşdirən, regiona tərəqqi gətirən layihələrdir.

Mixeil Canelidze deyib: “Gürcüstan və Azərbaycan regionun, eləcə də Avropa və Asiyanın inkişafı üçün birgə səylər göstərirlər. Biz dostluğumuzun digər tərəfdaşlarımız üçün daha cəlbedici olması üçün daha böyük işlər görəcəyik”.

 

Boyukmillet.com

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir