Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Azərbaycanın FIFA reytinqindəki mövqeyi dəyişməyib

 FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan millisi ilin yekun siyahısında mövqeyini qoruyub. Hazırda komanda 1206 xalla 107-ci pillədə qərarlaşıb.

Yığmanın AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərinin də ötən ayla müqayisədə mövqeyi dəyişməz qalıb. Xorvatiya 1634 xalla 4-cü, Uels 1525 xalla 19-cu, Slovakiya 1483 xalla 27-ci, Macarıstan isə 1412 xalla 51-ci yerdədir. 

FIFA-nın reytinq siyahısında ilk “3-lük” də dəyişməyib. Belçika 1727 xalla birinci, Fransa 1726 xalla ikinci, Braziliya 1676 xalla üçüncü yerdədir.

Türkiyə yığması isə reytinqdə 1443 xalla 39-cu yerdə qalıb.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir