Cümə , 23 May 2025
Drone Cameras

“Qara Qarayev. Yol” sənədli filminin təqdimatı olub

Nizami Kino Mərkəzində dahi Azərbaycan bəstəkarı Qara Qarayevə həsr olunmuş “Qara Qarayev. Yol” sənədli filminin təqdimatı keçirilib.

“Report” xəbər verir ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə Rusiyanın “Телекомпания ДИВИ” şirkəti tərəfindən lentə alınıb.

Təqdimatda mədəniyyət naziri Əbülfəs Qarayev və bir sıra incəsənət xadimləri iştirak ediblər.

Filmin ssenari müəllifi Nina Smirnova, operatoru Dmitri Novoselov, icraçı prodüseri Dmitri Dulov, maliyyə direktoru isə Vera İlyinadır.

Film ilk dəfə Rusiyanın “Mədəniyyət” kanalında nümayiş etdirilib.

Təqdimatdan öncə yaradıcı heyət filmin ərsəyə gəlməsi prosesi haqqında məlumat verib. Daha sonra film izlənilib.

Sənədli film bəstəkarın həyat və yaradıcılığına həsr olunub. 

Check Also

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları ləğv edir

Yekun qərarın bu gün qəbul olunacağı gözlənilir Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları qismən ləğv edəcək. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir