Çərşənbə , 21 Yanvar 2026
Drone Cameras

Rusiya Prezidenti ilin yekunlarına dair illik mətbuat konfransı keçirir

Moskva Beynəlxalq Ticarət Mərkəzində Rusiya Prezidenti Vladimir Putinin ilin yekunları üzrə sayca 14-cü illik böyük mətbuat konfransı başlayıb.

Boyukmillet.com Rusiya KİV-inə istinadən xəbər verir ki, bu il tədbir üçün rekord sayda mətbuat nümayəndəsi – 1702 jurnalist akkreditasiyadan keçib. Ötən il Prezidentin mətbuat nümayəndələri ilə görüşü 1640 nəfəri bir araya toplamışdı.

Böyük mətbuat konfransına gələn xarici jurnalistlər üçün ingilis, alman və fransız dilinə sinxron tərcümə nəzərdə tutulub.

İndiyə qədər Putinin ən uzun mətbuat konfransı 4 saat 40 dəqiqə çəkib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, V.Putin üç gün mətbuat konfransına hazırlaşıb. Onun fikrincə, bu dəfə iqtisadiyyat məsələləri və beynəlxalq problemlər, o cümlədən Rusiya-ABŞ münasibətləri ön plana çıxacaq.

Check Also

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir