Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Baş nazir: “Gürcüstan əhalisinin böyük hissəsi yoxsul vəziyyətdə yaşayır”

 “Təəssüflər olsun ki, Gürcüstan əhalisinin böyük hissəsi yoxsul vəziyyətdə yaşayır”.

Boyukmillet.com-un verdiyi xəbərə görə, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze hökumətin illik hesabatının təqdimatında bildirib.

O deyib ki, hökumət 2012-ci ildən başlayaraq ölkənin üzləşdiyi ən çətin problem olan yoxsulluğun aradan qaldırılması üçün real addımlar atıb: “Bizim bu məsələ ilə bağlı əhəmiyyətli nailiyyətlərimiz var. Biz yoxsuluğu 10 faizə yaxın azalda bilmişik. İşsizlik də əvvəllər olduğu kimi əsas iqtisadi problem olaraq qalır və bu, ölkəmizin sürətli inkişafı üçün çətin maneədir. Təbii ki, bizim üçün əsas vəzifə yoxsulluğun aradan qaldırılmasıdır”.

M.Baxtadze Gürcüstanda əhəmiyyətli islahatların həyata keçirildiyini bildirib: “Əminəm ki, bu islahatlar bizə yoxsulluq problemini həll etməyə kömək edəcək, lakin bunun üçün zaman tələb olunur”.

Baş nazir yoxsulluqla yanaşı Gürcüstan ərazilərinin işğalını da ölkə qarşısında dayanan ən ağrılı problem adlandırıb: “Milli vəzifəmiz hər iki problemin öhdəsindən birgə səylərlə gəlmək və hər bir vətəndaşın bu məsələ ətrafında birləşməsinə nail olmaqdır. Hamı Gürcüstanda yoxsulluğun olmamasını və layiqli həyat sürmək imkanının olmasını arzu edir”.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir